İlham Əliyevin sözçüsü Özbəkistanda 35 il sonra əsgər yoldaşı ilə qarşılaşdı – Video

838

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Özbəkistanda uzun illər sonra öz əsgərlik yoldaşı Uluqbek Matniyozov ilə qarşılaşıb.

Görüşün videogörüntüləri feysbukda “Özbekistanhaber” hesabında paylaşılıb.

Məlumata görə, əsgər yoldaşları 35 ildən sonra Xivə bölgəsində yenidən qarşılaşıblar. Görüntülərdən Azər Qasımov və Uluqbek Matniyozovun çox səmimi şəkildə görüşdüyünü görmək mümkündür.

Onlar bir-biriləri ilə öz xatirələrini, hazırkı fəaliyyətləri barədə məlumatları bölüşüblər.

Qeyd edək ki, bu gün Azər Qasımov üçün daha bir əlamətdar gündür. Belə ki, Azərbaycan Prezidentinin ​sözçüsünün 55 yaşı tamam olur.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər