25-26 may tarixlərində Bakıda keçiriləcək paracüdo üzrə Qran Pridə İlham Zəkiyev zədəli mübarizə aparacaq.
Bu barədə Oxu.Az-a idmançının özü məlumat verib:
“İndidən hər hansısa uğursuzluğa don geyindirmək istəmirəm. Mən yenə də medal üçün mübarizə aparacağam. Sonuncu dəfə Bakıda keçirilmiş analoji yarışda medalsız qalmışdım. Bu dəfə medal qazanmağa çalışacağam. Pandemiya düşəndən ilk yarışımız olacaq.
Ancaq Düsseldorfda aldığım zədə hələ də tam sağalmayıb. Ötən ilin sentyabrında İstanbulda əməliyyat olunsam da, tam reabilitasiya ola bilməmişəm. Üstəlik, Sumqayıtda təlim-məşq toplanışı keçərkən barmağımdan zədə aldım”.
Qeyd edək ki, İlham Zəkiyev 99 faiz reytinqlə Paralimpiya Oyunlarına vəsiqəni təmin edib.