İmamverdi İsmayılov: “Prezident seçkiləri müstəqillik tariximizdə bir ilk olacaq”

570

“Azərbaycanda 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri müstəqillik tariximizdə bir ilk olacaq, ölkəmizin bütün ərazisində seçkilər keçiriləcək.”

Sumqayitxeber.com xəbər verir ki, bu sözləri millət vəkili İmamverdi İsmayılov səsləndirib.

İmamverdi İsmayılov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dünənki iclasının gündəliyində dayanan ən vacib məsələ növbədənkənar prezident seçkilərinə partiyanın prezidentliyə namizədinin irəli sürülməsi idi. Məlum olduğu kimi Yeni Azərbaycan Partiyası xalqımızın iradəsini ifadə edərək Prezident İlham Əliyevin namizədliyini yekdilliklə təsdiqlədi.
Çünki hakim partiyanın namizədi Prezident İlham Əliyev hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün sözlərə əməl etdi, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu ləyaqətlə təmsil etdi. O, ərazi bütövlüyümüzü, suverenliyimizi təmin edərək bütöv Azərbaycanın memarı oldu, ölkəmizi və xalqımızı dünyaya tanıtdı.
Onu da qeyd edim ki, bu seçkilərin tarixi əhəmiyyəti var. Ona görə ki, Azərbaycanda 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri müstəqillik tariximizdə bir ilk olacaq, ölkəmizin bütün ərazisində seçkilər keçiriləcək.
Buna görə də, cənab Prezident İlham Əliyevə minnətdarıq. Çünki, məhz onun rəhbərliyi ilə əldə etdiyimiz uğurlar torpaqlarımızın tamamilə işğaldan azad edilməsi və bütün ərazilərimizdə dövlət suverenliyinin bərpa olunması ilə nəticələnib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər