İmtahan sessiyası necə davam edir?

564

 Sumqayıt Dövlət Universitetində qış imtahan sessiyası davam edir. Universitetin Mətbuat Xidmətindən verilən məlumata görə, birinci, ikinci və üçüncü kursların bəzi qrupları üzrə imtahanlar elektron testlər vasitəsilə aparılır.

İmtahanların nəticələri həmin gün qəbul olunmuş vaxtda elan olunur. Nəticələrdən narazı qalmış tələbələrin müraciətlərinə baxılması üçün universitetdə Münaqişə Komissiyası fəaliyyət göstərir.

İmtahanların gedişinə nəzarət, təhsilin keyfiyyətinin artırılması və neqativ halların aradan qaldırılması üçün Təhsil Nazirliyinin və Universitetin özünün “Qaynar xətt” xidmətləri fəaliyyət göstərir. “Qaynar xətt” xidmətinə daxil olan müraciət və şikayətlər operativ və obyektiv şəkildə araşdırılır.

Universitetin bakalavriat və magistratura pillələrindəki bütün qruplarda təhsil kredit sistemi ilə aparıldığından, imtahan sessiyası bu sistemin mövcud normativ sənədləri əsasında keçirilir.

Universitetin Tədris hissəsindən verilən məlumata görə, imtahanlar valideynlər və ictimaiyyət nümayəndələri üçün də açıqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər