İnam Kərimov 31 yaşlı mütəxəssisə yüksək vəzifə verdi (FOTO)

1781
Kənd təsərrüfatı naziri İnam Kərimov 31 yaşlı mütəxəssisə yüksək vəzifə verib.
sumqayitxeber.com ölkə.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə Çingiz Kərimov Kənd Təsərrüfatı Nazirliyinin Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib.
Çingiz Kərimov açıqlamasında İnam Kərimovun ona göstərdiyi yüksək etimada görə öz təşəkkürünü bildirib:
“Cənab nazir məni qəbul etdi və sözügedən vəzifədə vicdanla çalışmağımı istədi. Görüş zamanı cənab nazir yeni vəzifədə dürüst və məsuliyyətlə və ciddi nizam-intizamla çalışmağımı, daim fermerlərin yanında olmağımı, onların problemləri ilə yaxından tanış olmağımı və insanlara vicdanla xidmət etməyimi qarşıma əsas tapşırıq kimi qoydu. Təbii ki, mən də işlədiyim müddətdə göstərilən etimadı tam doğrultmaq üçün əlimdən gələni edəcəm”.
Çingiz Kərimov İnam Kərimovun tez-tez rayon və kəndlərdə fermerlərlə görüşlər keçirdiyini və onların fəaliyyətləri ilə yaxından tanış olduğunu söyləyib:
“Sağ olsun, cənab nazir çox sadə insandır. O, kənd təsərrüfatının inkişafı üçün əlindən gələni edir, gənc mütəxəssislərə üstünlük verir. İnam müəllim möhtərəm dövlət başçımız tərəfindən kənd təsərrüfatı naziri təyin olunandan sonra bu sahədə ciddi irəliləyişlər əldə olunub. Bu səbəbdən də fermerlər bu sahədə göstərilən dövlət dəstəyindən çox razılıq edirlər. Əminəm ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda kənd təsərrüfatı sahəsində də lazımı nailiyyətlər əldə olunacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər