Kənd təsərrüfatı naziri İnam Kərimov nazirlikdə kadr dəyişiklikləri ilə bağlı əmr imzalayıb.
BakuPost-a daxil olan məlumata görə, nazirin əmri ilə Aparat rəhbəri İlham Bayramov vəzifəsindən azad edilib. İnam Kərimov onu özünə müşavir təyin edib.
Bundan başqa, nazirliyin Daxili nəzarət və audit şöbəsinin rəhbəri Aqil Quluyev də bu vəzifədən azad edilib. O, nazirin digər əmri ilə İlham Bayramovun yerinə – Aparat rəhbəri təyin edilib.
Faktı nazirlikdən təsdiqləyiblər.