“İnfarkt keçirmişəm, belim bir neçə yerdən sınıb” – General Hikmət Həsənov

996

Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbiçilərlə görüşündə Vətən müharibəsində döyüşlərə rəhbərlik edən generallar – Kərim Vəliyev, Hikmət Mirzəyev, Mais Bərxudarov, Ramiz Tahirov, Namiq İslamzadə iştirak etsə də, 1-ci Ordu korpus komandiri, general-mayor Hikmət Həsənovun görüşdə yer almaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Ölkə.Az” xəbər verir ki, məsələ ilə bağlı Manset.az-a özəl açıqlamasında Hikmət Həsənov səhhətində problemlər olduğunu, hazırda müalicə aldığını bildirib.

“Mən hazırda müalicələr alıram. Sonuncu müharibədə ağır xəsarətlər almışam. İnfarkt keçirmişdim, ürəyimə stend qoyulub. Baxmayaraq ki, ağır idim, amma döyüşü tərk etmədim. Arxasınca da mən Ağdama girdiyimiz zaman minaya düşdüm, məndə üç yerdə sınıq yaranıb. L-11, l-12, l-1-ci fəqərələrimdə sınıq yarandı. Eyni zamanda kəllə-beyin traması yarandı. Müalicələrim davam edir.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər