“İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük ghələcəyə malikdir”- Müşfiq Məmmədli

528

Dil millətin mövcudluğunu sübut edən əsas amillərdən biridir. Xalqımızın milli mənəvi varlığını özündə yaşadan Azərbaycan dili hər birimiz üçün müqəddəsdir.
Bu fikrləri Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib. Millət vəkili vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin nəsildən-nəsilə ötürüləcək sözlərini yada salaraq deyib: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Hələ ötən əsrin 70-ci illərin ortalarında SSRİ-də milli dillərin sıxışdırılması prosesinə start verildiyini yada salan M.Məmmədli məhz həmin dövrdə Ulu Öndərin dil məsələsi ilə bağlı ortaya qoyduğu cəsarətli və qətiyyətli mövqeyi Azərbaycan dilinin dövlət dili statusu almasına səbəb olduğunu vurğulayıb.
“Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili rəsmi olaraq öz əksini tapıb. Bu tarixi hadisə gələcəkdə müstəqilliyini əldə edəcək Azərbaycan üçün mütləq və vacib idi.
Ulu Öndər hələ o dövrdən dövlət rəmzi olan dilimizin təkmilləşdirilməsi üçün dilçi alimlərə bütün mümkün şəraiti yaratmışdı. Ölkə əhəmiyyətli bu hadisənin məntiqi sonluğu kimi aparılan müzakirələrdən sonra 1995-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili dövlət dili kimi öz əksini tapır.
Ümummilli Lider 2001-ci il avqustun 9-da imzaladığı fərmanla avqustun 1-i ölkəmizdə Azərbaycan dili və əlifbası günü kimi qeyd edilir. Ölkə əhəmiyyətli qərarlar Ümummilli Liderin dövlət dilinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir”, – deyə deputat əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər