13 sentyabr 2019 –cu il tarixdə gənclər və idman nazirinin müavini İntiqam Babayev Sumqayıt şəhərində Sumqayıt şəhər və Xızı rayonundan olan vətəndaşları qəbul edib. Qəbulda 12 nəfər vətəndaş iştirak edib.
Müraciətlər “Gənclər evi”nin, Olimpiya İdman Komplekslərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, idman qurğularına avadanlıqların verilməsi, iş ilə təminat, fəxri adın və məşqçilik dərəcəsinin verilməsi ilə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilmiş, bir qismi isə baxılması üçün icraya yönəldilmişdir