İrəvandakı iclasa Tahir Mirkişili sədrlik edəcək

562

AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında iki sənəd müzakirə olunacaq.

Bunu  açıqlamasında AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

T. Mirkişili deyib ki, birinci sənəd “Avropa Green Deal (Yaşıl razılaşma) və təmiz enerjiyə keçid kontekstində Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhlükəsizliyi çağırışları” olacaq. Sənədin müəllifi Gürcüstan Parlamentinin üzvü Maia Bitadzedir.

İclasa sədrliyi AVRONEST-in Enerji Təhlükəsizliyi komitəsinin sədri T. Mirkişili edəcək.

İkinci sənəd, “İctimai institutlarda səmərəlilik və inzibati resursları artırmaq üçün siyasi dialoq və institutsional əməkdaşlıq əsasında idarəetmənin təkmilləşdirilməsi” mövzusunda olacaq. Sənədin müəllifi Ermənistan Parlamentinin üzvü Mariya Karapetyandır: “İclasda eyni zamanda cari geosiyasi kontekstdə Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhlükəsizliyi çağırışları, Ukrayna sərhədlərində rus qoşunlarının cəmləşməsi mövzularında müzakirələr aparılacaq”.

Qeyd edək ki, fevralın 22-də İrəvanda AVRONEST PA-nın komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri T. Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər