İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Sumqayıt ŞPİ-də monitorinq keçirdi

2134
İşgəncələrə qarşı Azərbaycan Komitəsi Sumqayıt Şəhər Polis İdarəsində (ŞPİ) monitorinq keçirib.
Komitədən sumqayitxeber.com-a verilən məlumata görə, monitorinqdə ictimai komitənin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov, hüquq şöbəsinin müdiri Rövşən Məmmədov və digər şəxslər iştirak ediblər.
Monitorinq iştirakçıları Sumqayıt ŞPİ-də saxlanılan 23 nəfərə baş çəkiblər. Onlardan 17 nəfəri inzibati qaydada tutulan şəxslər olub.
Saxlanılan şəxslər qeyri – insani rəftar və işgəncəyə məruz qalmadıqlarını bildiriblər.
Komitə əməkdaşları daha sonra Sumqayıt ŞPİ-nin 1-ci, 2-ci, 3-cü və 4-cü polis bölmələrinə baş çəkiblər. Əvvəlki illərdə bu bölmələrdə müvəqqəti saxlama yerləri olmayıb. Monitorinq zamanı müəyyən edilib ki, bölmələrin hamısında müvəqqəti saxlama yerləri inşa edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər