İŞİD-i kim yaradıb – iddialar, ehtimallar və gerçəkliklər

1228

21-ci əsrin, eləcə də 20-ci əsrin qanlı təcrübəsi göstərdi ki, bu cür terror təşkilatlarının arxasında hər zaman qüdrətli dövlətlər və kəşfiyyat orqanları dayanır

Rusiya XİN sözçüsü ABŞ hökumətini İŞİD terror qruplaşmasını yaratmaqda ittiham edib. ABŞ prezidenti Trampın Rusiyanı hədəfə alan “tvit”lərində İŞİD-in məğlub edilməsində Amerikanın roluna işarə etməsini Moskva cavabsız qoymayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “facebook” səhifəsində ABŞ-ı İŞİD-i yaratmaqda günahlandırıb. Sitat: “Sadəcə, hələ heç kəs İraqa görə ABŞ-a təşəkkür edib qurtarmayıb, hansı ki, müdaxilənin yekununda İŞİD peyda oldu”.

Qeyd edək ki, İŞİD-in aktiv şəkildə mövcud olduğu 4 ildə bu qruplaşma haqda. Onun yaranmasında müxtəlif ölkələrin adları hallanıb. Suriya, İran, Rusiya, Türkiyə kimi ölkələrin adı İŞİD-in yaradılmasında hallanıb. Məsələn, 2014-cü ildə İraq sünni alimlərinin lideri, İraq Alimlər Birliyinin sədri Xalid əl-Molla yerli mətbuata müsahibəsində bildirmişdi ki, Səudiyyə Ərəbistanı, Misir, Tunis, Əlcəzair, Mərakeş, Liviya kimi ölkələr İŞİD-in terror fəaliyyətinə dəstək verib. Təbii ki, bu iddiaları adətən qarşı tərəflər öz rəqiblərinə ünvanlayıb. Bu sırada adı ən çox hallanan ölkələrdən biri də ABŞ olub. Bunun isə bir neçə səbəbi olub. Bunlar bir çox etiraflar və sənədlər, habelə məlumatlara əsaslanır.

Mariya Zaxarova ile ilgili görsel sonucu

4 il əvvəl keçmiş amerikalı kəşfiyyatçı Eduard Snouden İŞİD-in arxasında ABŞ, İngiltərə və İsrail kəşfiyyatının dayandığını bildirmişdi. Amerikalı kəşfiyyatçıya görə, İŞİD Yaxın Şərqdə yeni qaydalar və təhdidlər yaratmaqla adı gedən 3 ölkənin maraqlarına xidmət edir. Oxşar fikrilərin, keçmiş dövlət katibi Hillari Klintonun kitabında da yer aldığı iddia olunurdu. Belə ki Klintonun İŞİD-in yaranmasında ABŞ-ın dolayısı ilə rolunun olduğunu etiraf etdiyi qeyd edilirdi.

isis ile ilgili görsel sonucu

Məsələ ondadır ki, İŞİD İraqda, ABŞ işğalı dövründə yaranıb. Qruplaşmanın lideri ABŞ ordusu tərəfindən həbs olunub və bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılıb. Bundan başqa ABŞ-ın İŞİD mənəvi-ideoloji bazası hesab olunan qruplarla Əfqanıstanda 80-ci illərdə əməkdaşlıq etməsi, oxşar prosesin Suriya və İraqda da baş verdiyi ilə bağlı iddialara səbəb olub.

2014-cü ildə Rusiya mediası İŞİD döyüşçülərinin İordaniyadakı Amerika hərbi düşərgələrində təlim aldığı haqda məlumat yayıb. “Russia Today”da yayımlanan məqalədə İordaniyada CİA (Mərkəzi Kəşfiyyat İdarəsi – K.) təlimçilərinin İŞİD-çilərə təlim keçdiyi, qruplaşmanın maliyyəsinin isə körfəz ərəb ölkələrindən gəldiyi iddia olunurdu. Məqalədə qeyd olunurdu ki, qruplaşmanın bu qədər sürətlə güclənməsinin arxasında əsas maraq Yaxın Şərqin yenidən xaosa sürüklənməsi olub. İŞİD vasitəsilə dünyanın ikinci böyük neft ölkəsi İraqın və Yaxın Şərqin açar ölkəsi Suriyanın nəzarət altında saxlanması planlanıb. Maraqlıdır ki, İordaniyanın bəzi dövlət məmurları İŞİD liderlərinin bir qrupunun 2012-ci ildə İordaniyadakı bir düşərgədə CİA (MKİ) və ABŞ xüsusi təyinatlı təlimçiləri tərəfindən hazırlandığını etiraf ediblər. Bu təlimlərin xərcləri isə Səudiyyə Ərəbistanı və Qətər hökumətləri tərəfindən təmin olunub. Ancaq ABŞ hökuməti bu təlimlərin “mülayim” islamçı müxaliflərə keçildiyi, sonradan onların İŞİD-ə qoşulduğunu bildirmişdi.

isis ile ilgili görsel sonucu

2004-cü ildə İraqın ABŞ ordusu tərəfindən işğalına qarşı mübarizə məqsədi ilə “əl-Qaidə”nin İraq qolu olaraq yaranmış İŞİD həmin vaxt Amerika ordusuna qarşı savaşıb. İŞİD növbəti dəfə Suriyada 2011-ci ildə peyda olub və bu dəfə B.Əsəd ordusuna qarşı savaşıb. Ancaq az sonra qruplaşma tutduğu ərazilərdə dövlət yaratdığını bəyan edib və bu səbəbdən digər müxalif qruplaşmalarla münaqişəyə girib. 2014-cü il yanvarın 3-də isə İŞİD-lə digər böyük müxalif qruplaşma olan “ən-Nusra” arasında qanlı toqquşmalar başlayıb. Hazırda İraq və Suriyada, demək olar ki, sıradan çıxarılan İŞİD-in kiçik ərazilərdə nəzarəti qalıb. Suriyanın mərkəzində, Deyr əz-Zor vilayətində, cənubda İsrail sərhədinə yaxın Təsil bölgəsində və Dəməşqin cənub-şərqində əsasən fələstinlilərin qaldığı Yərmuk düşərgəsində və İraqla sərhəddə kürdlərin nəzarətindəki bölgədə İŞİD varlığını davam etdirir. İraqda isə Kərkük ətrafı, Ənbar vilayətində səhralıq ərazidə İŞİD silahlıları mövcuddur. Bundan başqa Liviyada Benqazi şəhəri yaxınlığında. Misirdə Sina yarımadasında, Yəməndə, Əfqanıstanda və Nigeriyada İŞİD varlığını hələ də qoruyub saxlayır.

Ekspertlərə görə, İŞİD yaranmasında konkret olaraq hansısa dövlətin adını çəkmək mümkün olmasa da, müəyyən dövrlərdə müxtəlif dövlətlər bu qruplaşmaya təsir göstərməklə ondan faydalanmağa çalışıblar. Həm bölgə ölkələri (yuxarıda adları sadalanan – K.), həm də bir sıra Qərb ölkələrinin İŞİD faktorundan istifadə etdiyi və qruplaşma ilə gizli əlaqələrə sahib olduğu haqda informasiyalar var. Bu səbəbdən də bu cür ittihamların bir qayda olaraq “yapışacaq qədər” əsası hər zaman var. Çünki 21-ci əsrin eləcə də 20-ci əsrin qanlı təcrübəsi göstərdi ki, bu cür terror təşkilatlarının arxasında hər zaman qüdrətli dövlətlər və kəşfiyyat orqanları dayanır. musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər