İsmayıllıdan Sumqayıta gediş haqqı 4,7, Bakıya isə 6,2 manatdır – VİDEO

714
İsmayıllıdan Bakıya getmək 6 manat 20 qəpik, eyni rayondan Sumqayıta getmək üçün isə 4 manat 70 qəpik pul ödənilir.
İsmayıllı avtovağzalında olan bu qiymətlər sakinlərin narazılığına səbəb olub. Çünki Bakıya getmək istəyən sərnişinlərdən gedişhaqqı İsmayıllı -Kürdəmir -Bakı yoluna görə alınır. Halbuki sürücülər Şamaxı rayonundan keçməklə hərəkət edirlər.
Sürücülər də bildirir ki, hərəkət Kürdəmir istiqamətindən nəzərdə tutulsa da onlar həmin yoldan az istifadə edirlər. Əvvəl 5 manat olan biletin indi 6 manat 20 qəpiyə satılması sərnişinlərin avtobuslardan istifadəsini də azaldıb.Çünki bu istiqamətdə işləyən taksilər 7 manata paytaxta sərnişin daşıyır.
Digər bir məqam isə Sumqayıt istiqamətinə satılan biletlərin qiymətinin Bakı ilə müqayisədə daha ucuz olmasıdır. Sərnişinlər Bakı üçün 6 manat 20 qəpik, Sumqayıta görə isə 4 manat 70 qəpik pul ödəyir. Başqa sözlə, Sumqayıta getmək üçün Şamaxı yolu ,Bakıya getmək üçün isə Kürdəmir yolu nəzərdə tutulub.
Məsələ ilə bağlı İsmayıllı avtovağzalından bildirildi ki, qiymətləri Tarif Şurası müəyyənləşdirib.
Sərnişinlər yaranan bu problemin tezliklə həll ediləcəyini gözləyir.
(Xezerxeber)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər