İspaniya nümayəndə heyəti şəhərimizdə olub

758

25 noyabr 2010-cu il tarixdə Sumqayıt şəhər İcra hakimiyyətində İspaniyanın memarlıq və tikinti sahəsində fəaliyyət göstərən “House Deliver s.l.u.” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Şirkət nümayəndələri – xanım Soledad Bordonaba və cənab Yakobo Alonso de Lukas şəhər İcra hakimiyyəti başçısının müavini A. Zeynalov tərəfindən qəbul edilib. Görüş zamanı şirkət nümayəndələri Azərbaycanda nümayəndəlik açmaq niyyətində olduqlarını bildirib. Nümayəndə heyətinə Sumqayıt şəhəri barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər