İtaliya “İnter”i “Sumqayıt”a faks göndərib

609

Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan İtaliyanın “İnter” klubundan “Sumqayıt” klubuna rəsmi faks gəlib. İtaliya klubunun baş katibi Umberto Marinonun  imzası ilə gələn faksda bildirilir ki, “İnter”in nümayəndələri sentyabrın 24-də Azərbaycan Premyer Liqasının  “Sumqayıt” – “Neftçi” oyununda iştirak etmək istəyir və bunun üçün də Sumqayıt klubundan oyuna bilet, eyni zamanda, stadionda yer xahiş edir.

“Sumqayıt” qısa zamanda rəsmi qaydada italyanlara cavab göndərəcək və böyük ehtimalla onların xahişi yerinə yetiriləcək.

Qeyd edək ki, Avropa Liqasının qrup oyunu çərçivəsində “İnter” oktyabrın 4-də Bakıda “Neftçi”nin qonağı olacaq.

Qol.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər