İtkin düşən 13 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

3432

Xəbər verdiyimiz kimi Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində 13 yaşlı Quliyev Elcan Elmar oğlunun itkin düşüb.

Sumqayitxeber.com xəbər verir ki, sosial şəbəkələrdə Elcanın itkin düşməsi ilə bağlı bəzi məlumatlar paylaşılıb.
Qeyd olunur ki, ailə Sumqayıtda 12-ci mikr-n ərazisində 34 -cü binada qalır. Uşaq elə həmin mikr-n ərazisində 6-cı binaya hazırlığa gedirmiş. İtkin düşdükdən 20-30 dəqiqə sonra telefonu 48-ci məhəllə ərazisində tapılıb. Uşağın anası dəfələrlə zəng etdikdən sonra telefonu tapan uşaqlar cavab verib. Telefonu bağçanın yanında ağacların yanından tapdıqlarını bildiriblər. O zamandan indiyə kimi məlumat yoxdur.

Sumqayıtda itkin düşən 13 yaşlı uşaq tapıldı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər