Kamal Quliyevdən tənqid atəşi: “İtalyan məşqçi gətirib, “Bney Yehuda”nı keçə bilmirəmsə…”

1334
“Neftçi”nin sabiq futbolçusu və məşqçisi Kamal Quliyev sabiq klubunun uğursuzluqlarından bəhs edib.
Sport7.az-a açıqlamasında komandanın həm Avroliqada, həm də ölkədaxili çempionatdakı çıxışından narazılıq bildirməklə yanaşı, rəhbərliyi, o cümlədən baş məşqçi Roberto Bordini də tənqid edib. Yığmamızın sabiq müdafiəçisi bunları söyləyib: “Bney Yehuda” mən fikirləşdiyim qədər güclü deyildi. “Neftçi” müdafiədə ruslar demiş, “bezdarnı” çıxış etdi. Rəqibin bir futbolçusu topa zərbə endirir, “Nefçi”nin 3 müdafiəçisi isə durub onu seyr edir. Bu bilirsiz nə deməkdi? Oyun intizamından söhbət gedə bilməzdi. Necə olur ki, cərimə meydançası daxilində 3 nəfər bir rəqibi tuta bilmir? Elə səhvlərdən qol buraxdıq ki… Rəqib qapımıza qol vurmaq üçün çətinlik çəkmədi. Nə deyim? Bu komanda APOEL deyildi, keçilməli idi. Hətta, “Arsenal”dan da zəif idilər. Təəssüf edirəm ki, belə dişimizə görə olan rəqibi ram edə bilmədik. “Arsenal”la oyundan sonra hiss olunurdu ki, Rusiya Premyer Liqasının komandasını udan “Neftçi” bir qədər “yuxarıdan gəzməyə” başlamışdı. Futbol belə şeyləri sevmir. Əlbəttə, “Neftçi” mərhələni Bakıda uduzdu. 2:2 hesabı artıq məğlubiyyət demək idi. Ancaq yenə də, toparlanmaq, “Bney Yehuda”nı keçmək olardı. O qədər səhvlər vardı ki, bilmirəm hansından danışım. Futbol elədi ki, kim meydanda az səhv edirsə o qələbəyə yaxın olur. “Neftçi” bəlli bir taktika ilə çıxış edir – əks-hücumlara bel bağlayır. Vallah, heç o əks-hücumları da görmədik. Bilirsiz ən bərbadı nədi? Bu legionerləri nəyə görə alıb gətirmişik? Yerli futbolçularımızla da o mərhələni uduza bilərdik də. Legionerləri ona görə alıb gətirmişik ki, Avropada mərhələ adlayaq. Hansı səbəbə pullarımızı onlara veririk? Azərbaycan çempionatında aşağı-yuxarı bütün komandalar eyni səviyyədədi. Özümüz çıxış edə bilərik də. İkiqat pul verib gətirdiyimiz legioner, sabah “Bney Yehuda”nı keçə bilmirsə, onu komandada niyə saxlamalıyam? Yaxud bu qədər xərc çəkib italyan məşqçi gətirib, sabah “Bney Yehuda”nı keçə bilmirəmsə, onu niyə komandada saxlayıram? Maraqlısı bunlardı. Bunlar haqda danışan varmı? Hamı deyir ki, uduzduq, keçə bilmədik. Yaxşı, bunu anladıq, onsuz da öz futbolçularımızla da keçə bilmirik. O zaman niyə bu qədər pul verib futbolçu, məşqçi gətiririk? “Bney Yehuda”nı məğlub edə bilmirlərsə, onları heç komandada saxlamağa ehtiyac da görmürəm. Neyləyirəm o legionerləri? Özümüzünkülərə şans verərərəm, uduzanda da onlarla uduzaram. Bu tarixən belə olub”.

 

Kamal bəydən, Premyer Liqanın ilk turundakı matçda “Neftçi” rəhbərliyinin azarkeşlərə qarşı etdiklərinə, onların polislər vasitəsilə stadiondan çıxarılmasına da münasibət öyrəndik. Mütəxəssis bunları söylədi:“Bu absurddu. Niyə onları azarkeş saymırsan ki? Azarkeş haqqın tərfindədi, gördüyün deyir. “Kor nə istəyir? İki göz”. Azarkeş əl çalanda, sənin oyununa yaxşı qiymət verəndə, yaxşı olur, tənqid edəndə pis? Bilirsiz, buna heç bir ad vermək mümkün deyil. Vallah, həqiqətən buna pis oldum. Görürsüz, siz Allah? Buna ad verə bilmirəm. Çox təəssüf”.
Quliyev “Neftçi”də rəhbər dəyişikliyinə də ehtiyac olduğunu söylədi: “Əlbəttə, bu qanundu. Hamı normal qəbul etməlidi. Sən bu işin öhdəsindən gələ bilmirsənsə, azarkeşin “istefa” qışqırmasını gözləmədən, öz istəyinlə getməlisən. Gözləməməlisən ki, sənə kimsə qapını göstərsin. İlboyu xərclənən pullar, təlim-məşq toplanışları, 5 ulduzlu otellər, hamısının haqqını verməlisən. Vermirsənsə, bacarmadın və yaxşı yol. Bir məşqçi ki, “tranransfer işinə rəhbərlik baxır” deyir, ondan nə gözləyəsən? İkinci mərhələdən geri qayıtmaq əlbəttə, “Neftçi” üçün gülüncdü”.
Kamal bəy Premyer Liqada “Neftçi”dən gözləntilərini də açıqladı: “Hansı ümiddən danışırsız? Az öncə də dedim, daxili çempionatda, aşağı-yuxarı hamı eyni səviyyədədi. Əsas işə Avroliqa oyunlarında qiymət verilir. Əsl işini orada göstərirsən. Ölkə çempionatında, hansı yolla olur-olsun işini görəcəksən. Yekunda qiymət alacağın iş Avroliqada göstərdiyin oyundu. Yəqin ki, yenə də “Neftçi” ilə “Qarabağ” arasında rəqabət gedəcək. “Qəbələ” artıq, əvvəlki “Qəbələ” deyil.  Digərləri də eyni səviyyəli komandalara çevriliblər. Yalnız “Qarabağ”ı çıxmaq şərtilə”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər