Karate üzrə Avropa çempionatında iştirak edəcək 20 idmançımız bilindi – ADLAR

498

19-23 mayda Xorvatiyanın Poreç şəhərində keçiriləcək karate üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız bilinib.

Oxu.Az-ın xəbərinə görə, həmişə olduğu kimi, millimiz bu yarışda geniş tərkibdə təmsil olunacaq.

Yalnız Azərbaycan qadınlardan ibarət kumite üzrə komanda yarışlarında iştirak etməyəcək. Ümumilikdə 20 idmançı yarışda Azərbaycan adına tatamiyə çıxacaq.

Kata

Qadınlar: Neda Rezei (fərdi)

Kişilər: Roman Heydərov (fərdi), Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyev (komanda)

Kumite

Qadınlar: Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq)

Nuranə Əliyeva, Fəridə Əliyeva, İlahə Qasımova, İrina Zaretskaya (komanda)

Kişilər: Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı (+84 kq)

Pənah Abdullayev, Rafael Ağayev, Asiman Qurbanlı, Turqut Həsənov, Rafiz Həsənov, Əli Cəfərov, Ayxan Mamayev (komanda)

Qeyd edək ki, Avropa çempionatı həm də parakarateçilər arasında keçiriləcək. Bu yarışda Azərbaycanı Sahib Əhədov təmsil edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər