“Karyera tədqiqatı və məsləhəti” mövzusunda təqdimat keçirilib

634

Sumqayıt Dövlət Universitetində (SDU) ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə Amerika Karyera Məsləhəti Assosiasiyasının prezidenti Şəri Sevyerin “Karyera tədqiqatı və məsləhəti” mövzusunda təqdimatı keçirilib.
SDU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihə “Amerikalı natiqlər proqramı” çərçivəsində reallaşdırılmışdır.
Treninq xarakteri daşıyan tədbirdə ABŞ-ın ölkəmizdəki səfirliyinin məsləhətçisi Fərqanə Əliyeva sözügedən proqram və təqdimat barədə məlumat verilib.
Amerika Karyera Məsləhəti Assosiasiyasının prezidenti Şəri Sevyer əvvəlcə təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat vermişdir. Daha sonra karyera və peşə seçimi mövzusunda təlim keçirilmişdir.
Amerikalı mütəxəssis peşə seçimi zamanı nəzərə alınmalı olan amillər, qarşıya çıxan maneələr, onların optimal həlli yollarından praktiki misallar əsasında danışmışdır.
Daha sonra Ş.Sevyer tələbələri maraqlandıran sualları cavablandırdı.
Ətrabə Rzayeva, AzərTac

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər