Keçmiş nazir müavininə yeni VƏZİFƏ VERİLDİ

374

Ekologiya və təbii sərvətlər nazirinin keçmiş müavini Firdovsi Əliyevə yeni vəzifə verilib.

“sumqayitxeber.com” report-a istinadən xəbər verir ki, o, ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumatı təsdiqləyib.

Qeyd edək ki, F.Əliyev bu ayın əvvəlində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə nazir müavini vəzifəsindən azad edilib. Onun yerinə Prezidentin digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva təyinat alıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər