Kəlbəcərdə çörəkbişirmə sexi açıldı – Fotolar

801

Hərbi qulluqçuların qida təminatının daha da yaxşılaşdırılması məqsədilə Kəlbəcər şəhərində çörəkbişirmə sexinin açılışı olub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Açılış mərasimində Müdafiə nazirinin müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları Komandanı general-mayor Ənvər Əfəndiyev iştirak ediblər.

Məruzə olunub ki, Kəlbəcər rayonunda xidmət edən hərbi qulluqçuların isti  çörəklə vaxtında təmin edilməsi məqsədilə inşa edilən sex müasir avadanlıq və inventarlarla təchiz olunub. Çörək sexinə zəruri kommunikasiya xətləri çəkilib, fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generator quraşdırılıb.

Sexdə yaradılan şəraitlə tanışlıqdan sonra şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqları komandanlığa çatdırılıb.



www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər