Kəşfiyyatçı Stilin uğursuzluğu: Dançenko “Tramp fahişələrlə Moskvada” hekayətini barda uydurub

552

Müəllif: Yuliya Medvedeva (Haqqın.az saytının yazarı)

2016-cı ildə Trampın Rusiya ilə “əlaqələr”i barədə məşhur dosyeni tərtib etmiş britaniyalı casus Kristofer Stilin əsas məlumat mənbələrindən sayılan İqor Dançenko noyabrın 4-də FTB tərəfindən həbs olunub. Donald Trampa qarşı “iş” bəzilərində pərtlik, digərlərində hiddət yaradaraq göz qabağında puç olur.

Demokratlar tərəfindən şişirdilmiş “Raşageyt” – Trampın Rusiya ilə əlaqələri və onun ABŞ prezidenti seçilməsinə Moskvanın yardımı haqda qalmaqal – sabun köpüyü kimi partlayaraq onun təşəbbüskarlarının və fəal iştirakçılarının üzərinə pis qoxulu substansiyanı sıçradır. «Qəfildən» aydın olur ki, Donald Trampı 2016-cı ildə Hillari Klintona qalib gəlməyə yardımçı olmuş rus kəşfiyyatı ilə əlaqədə ittiham edən bədnam “Stil dosyesi” Permdən olan zirək oğlanın nağıllar toplusu imiş.

Dançenko və onun sinif yoldaşı Qalkina Demokratik Partiyanın kəşfiyyatına nağıllar danışırdı

Rusiyalı İqor Dançenko ABŞ-a köç edərək Luiziana və Corctaun universitetlərində təhsil alır, sonra isə Demokrat partiyasının Vaşinqtondakı əsas analitik mərkəzlərindən olan Brukinqs İnstitutunda işə düzəlir. Tarix istefada olan Britaniya kəşfiyyatçısı Kristofer Stilin onunla necə tanış olduğuna dair susur, ancaq onların görüşünün baş tutduğu faktdır. Stilə isə demokratlar Trampla bağlı kompromatlar toplamağı sifariş etmişdilər.

Dançenko Stili məftun edir. Dildən iti gənc az vaxtda xüsusi xidmət veteranını inandıra bilir ki, Moskvada eksklüziv əlaqələrə malikdir. Hər şeyi öz adı ilə adlandıraq – bədbəxt Stili aldadır ki, Trampın Rusiya ilə əlaqələrinə dair kompromatlar tapmaq onun əlində asan işdir.

«Bu cür diribaş adamı cəlb etmək lazımdır », – Kristofer Stil qərara gəlir və bu, onun peşəkar karyerasında ən böyük səhv, ABŞ Demokrat partiyası üçün isə əsl faciə olur. Artıq 2016-cı ilin yayında Dançenko Stilin təklifi ilə tez-tez Rusiyaya səfərlər edir. İnformasiya yığmaq üçün aldığı pulları Moskva barlarında xərcləyir və özünün sərxoş dostları ilə söhbətlərdə “Trampın əleyhinə dosye toplayır”.

Kəşfiyyatçı Stilin faciəvi uğursuzluğu

Elə barda da “Donald və Moskva mehmanxanasındakı fahişələr” haqda hekayət uydurulur. Dançenko iddia edir ki, “bu, daha gülməli səslənməliydi”. Digər faktlar da eyni dərəcədə qeyri-səhihdir. Permdən olan oğlan 2020-ci ildə liberal Guardian, yaxud New York Times-a müsahibələrində bütün bunları utanıb çəkinmədən etiraf etmişdi. Və heç kəsdə də sual yaranmamışdı: «Bəs necə olub ki, siz hətta qeyri-peşəkarın belə anlaya biləcəyi açıq-aşkar qeyri-səhih məlumatlarla kuratorlarınızı aldada bilmisiz?»

Bu suala yalnız bir cavab var – kuratorlar Dançenkonun məlumatlarının tamamilə uydurma olduğunu çox yaxşı bilirdilər. Ancaq məhz bunu eşitmək istəyirdilər – yalan nə qədər böyükdürsə, ona bir o qədər tez inanacaqlar, nəhəng qalmaqal fonunda xırdalıqlara isə xüsusi olaraq fikir verməyəcəklər. Üstəlik, demokratlar hakimiyyətə gələcək, qalibləri isə adətən mühakimə etmirlər. Bu işdə isə Kristofer Stildən başqa Çarlz Dolan-oğul da vardı, o isə Bill Klintonun yaxın silahdaşıdır, şəxsən Moskvaya gələrək Dançenko ilə danışıb və ona deyib: “Oğlan, hər şeyi düz edirsən və bu cür də davam elə!»

Və o da davam edib. Düzdür, özünün balaca Vətənini – adlı-sanlı Perm şəhərini də unutmayıb. Onun Permdə sinif yoldaşı Olqa Qalkina vardı, sonralar Kiprə köçmüşdü. Və Dançenko onu da işə qoşur. “Rus hakerlər”ini 2016-cı ildə Demokrat partiyasının serverini sındırmaqda məhz Olqa Qalkina ittiham edir: guya ki bu əməllə onun çalışdığı, sonra isə qovulduğu Kipr şirkəti məşğul olub. Və yenə də heç bir sübut olmadan ona inanırlar. Demokratlar hətta FTB-yə dağıdılmış serveri nəzərdən keçirməyə imkan da vermirlər: «Baxmaq nəyə lazım, server dağıdılıb, vəssalam».

Tramp “sudan quru çıxıb”, Baydeni isə problemlər gözləyir

Ardınca da Vaşinqtonun keçmiş prokuroru Maykl Sassmanın bəyanatı gəlir. O Sassmanın ki, Klintonun qərargahı tərəfindən işə götürülmüşdü və güc strukturlarının Trampa qarşı yönləndirilməsi üçün şəxsi əlaqələrindən istifadə edirdi. Məhz o, Trump Tower-dəki hansısa məxfi serverlə rusların Alfa-Bankının serveri arasında kommunikasiyanın olduğunu bəyan edərək FTB-ni bu məsələni araşdırmağa inandıra bilir. Bu cür hörmətli adama necə inanmayasan – və FTB-ni araşdırmaya başlayır. Nəticədə məşhur məsəldəki kimi alınır: istənilən təhqiqatda əsas odur ki, kələfin ucu sənin özünə aparıb çıxarmasın.

Demokratlar bunu unutdular və hazırda əkdiklərini biçirlər, üstəlik də Amerikanı siyasətdə “rus təsiri” və Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı uzunmüddətli “əcinnə ovu” girdabına və ümummilli paranoyaya salıblar.

Ancaq hələ də özlərinə haqq qazandırmağa cəhdlər edirlər, onların “etibar”ından sui-istifadə etmiş fırıldaqçılardan danışırlar, üstəlik əlavə edirlər ki, Tramp Amerika üçün çox böyük təhlükəymiş və onu kənarlaşdırmaq üçün bütün vasitələr yolveriləndir. Bu, hələlik onlarda alınır. Düzdür, siyasətçilərdən jurnalistlərə qədər demokratların isteblişmentinin bir çox nümayəndələrinin nüfuzu olduqca enib, ancaq bu, onlar üçün birinci dəfə deyil. Onların üzünə tüpürəndə deyəcəklər ki, səma şehidir.

Ancaq real qalmaqalların təhqiqatı başlayanda bu adamlara baxmaq maraqlı olacaq. Söhbət Hanter Baydendən və onun Yelena Baturinadan aldığı 3,5 milyon dollardan, yaxud Bayden ailəsinin çinlilərdən qəbul etdiyi 20 milyon dollardan gedir. “Raşageyt” dağılıb gedib – növbədə “Baydengeytdir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər