Klaus Luqer Sumqayıtda daha yaxından tanış olub

1846

Avstriyanın Lints şəhərinin meri Klaus Luqerin Sumqayıt şəhərinə səfəri davam edir.

Səfər çərçivəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Lints şəhərinin meri Klaus Luqerlə birlikdə Sumqayıtın Şəhidlər Xiyabanında olublar. Qonağa məlumat verilib ki, Sumqayıt şəhərində 1992-ci ildə salınan Şəhidlər xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunub, burada kompleks yenidənqurma işləri aparılıb. Şəhidlər xiyabanında hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılıb.Qeyd edildi ki, Şəhidlər xiyabanının ərazisi genişləndirilərək 1,2 hektara çatdırılıb. Şəhidlər xiyabanında yaşıllıq örtüyü salınıb, işıqlandırma sistemi müasirləşdirilib, fəvvarə kompleksi inşa edilib. Burada yenidənqurma işləri çərçivəsində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi yaradılıb. Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 144 şəxs haqqında məlumatların əks olunduğu abidə ucaldılıb.

Klaus Luqer və  Zakir Fərəcov Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında və 1997-ci ildə Sumqayıt-Lüdviqşafen əlaqələrinin 20 illiyi münasibətilə salınan Lüdviqşafen parkında olublar.

Avstriyalı qonaqlar Sumqayıtın Tarixi Muzeyini də ziyarət ediblər. Muzeyin rəhbərliyi onlara muzey haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Sumqayıtın Tarixi Muzeyi 1967-ci ildə yaradılıb və 9 ekspozisiya zalından ibarətdir. XVI əsrdən günümüzə qədər olan dövrü əhatə edən 15000 eksponat xronoloji ardıcıllıqla muzeydə sərgilənir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər