Komitə sədri: “O, insanların gələcəyə olan inamını daha da gücləndirir!”

646

“”Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!” – deyən Mehriban xanım öz fəaliyyəti, dəyərləri, hissləri, cəsarəti və duaları ilə Azərbaycan xalqının və dövlətinin inkişafında və güclənməsində müstəsna xidmətlərə sahibdir. O, həm də fədakar, mehriban, güclü Azərbaycan qadınının, müsəlman qadınının dünyada simvoldur!”

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının səmimi sevgisini qazanıb. “Onun xeyirxah əməlləri, milli dəyərlərin qorunmasına yönəlik fəaliyyəti, ölkəmizin xaricdə layiqli tanınmasında göstərdiyi xidmətlər, dövlətimizin möhkəmlənməsində Prezident İlham Əliyevin ən yaxın silahdaşı olması hər birimizin, xalqımızın, dövlətimizin uğuruna onun mühüm töhvəsidir”- komitə sədri deyib.

Komitə sədri əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Zəfəri və gələcək böyük uğurları naminə hər zaman cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olub: “Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

İqtisadiyyatın inkişafı insanların gələcəyə olan ümid və inamları ilə sıx bağlıdır. Mehriban xanım öz fəliyyəti ilə bütöv bir xalqda gələcəyə olan ümid və inamı daha artırır, bu inamı daha da zənginləşdirir.

44 günlük Qurtuluş və Zəfər müharibəsi, ondan sonrakı dönəmdə  Azərbaycan  və dünya insanı Mehriban xanımı həm də çox cəsur,qətiyyətli, çox böyük iradəyə malik  bir lider xanım kimi  keyfiyyətlərini tanımış oldu. Onun Ali Baş Komandanla birgə hərbi əməliyyatların tam bitmədiyi bir zamanda  işğaldan azad olunmuş Fizuliyə, Cəbrayıla, Xudafərin körpüsünə səfərlərini qeyd etmək yerinə düşər. Birinci vitse-prezidenti kimi cəbhə bölgəsinə, işğaldan azad olunmuş ərazilərimizə səfəri isə şəksiz qələbəmizə inamı bir daha artırdı. Onun Ali Baş Kamandanımızla bərabər etdiyi bu səfərlər   təkcə düşmənə yox, həm də düşmənin havadarlarına ciddi bir mesaj idi. Mehriban xanımın cənab Prezidentlə Qarabağa, Şərqi Zəngəzura  davamlı səfərləri insanlarda Azərbaycanın xoş gələcəyinə olan inamını birə min artırır. İnsanları  yeni-yeni qələbələrin əldə edilməsində qəti əminlik yaradır.  Birinci vitse-prezidentin bu səfərləri, hərəkətləri, əməlləri ilə dünyaya bir daha  cəsur Azərbaycan qadınının obrazını nümayiş etdirmiş oldu.

Azərbaycan insanı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında  nəinki Qarabağ Qafqazın bir incisinə çevriləcək, ümumiyyətlə Azərbaycan dünyanın ən seçilib-sayılan ölkələrindən biri olacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər