Komitə sədri sumqayıtlıları təbrik edib

919

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sumqayıtlılara Novruz Bayramı münasibəti ilə rəsmi facebook səhifəsində təbrik ünvanlayıb:  

Təbrikdə deyilir:

“Əziz Sumqayıtlılar!
Novruz Bayramı xalqımızın ən qədim bayramıdır! Əsrlər boyu heç bir təhlükə, heç bir işğal, heç bir qadağa bu bayramı bizə evlərdə keçirtməyə mane ola bilməmişdir. Məhz Novruz adət-ənənələri, sabaha inam bizi güclü etmiş, qoruyub bu günlərə çatdırmışdır!
Bu günkü epidemiyaların yayılması şəraiti bütün dünyada insanlıq və idarəçilik üçün bir sınaqadır. Dövlətimizin və iradəmizin köməyi ilə bu sınaqdan da çıxaraq daha da güclü olacağıq!
Sizin bayramınızı təbrik edirəm! Evlərimizdə xoş əhval ruhiyyə, gələcəyə güclü inam və bir birimizi dəstəkləməklə xoş əhval ruhiyyəli, rifahlı, Novruz şənlikli gələcəyə doğru hər birinizə uğurlar arzu edirəm!
Yaxşı olacaq!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər