Koronavirusa yoluxan gənc jurnalist vəfat etdi

818

Azərbaycanda gənc jurnalist koronavirusdan vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bir müddət öncə “COVID-19” virusuna yoluxan 32 yaşlı Oğuz Altay bu gün dünyasını dəyişib.

Ailəsi jurnalistin vəfatı xəbərini təsdiqləyib.

Qeyd edək ki, O. Altay 10 gün öncə sosial şəbəkə hesabında koronavirusla bağlı paylaşım edərək insanları ehtiyatlı olmağa çağırıb: “Dostlar, diqqətli olun. Rayonlarda insanlar kütləvi halda yenidən koronavirusa yoluxub”.

O.Altay azvision.az və femida.az saytlarının əməkdaşı olub.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər