Azərbaycanın paytaxtı Bakıda və bölgələrdə koronavirusla bağlı statistika açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, respublika üzrə koronavirusa yoluxma halı ən çox Bakıda müşahidə olunub.
Belə ki, paytaxt ərzisində 52,1% yoluxma faktı qeydə alınıb. Xarici vətəndaşlardan virusun ölkəyə idxal edilmə halı 13,6%, Aran rayonlarında 6,88%, Lənkəranda 8,28%, Abşeronda 5,54%, Gəncə-Qazaxda 7,62%, Quba-Xaçmazda 2,40%, Yuxarı Qarabağda 1,07%, Şəki-Zaqatalada 1,27%, Dağlıq Şirvanda 1,4%, Naxçıvanda isə 0,27% yoluxma faktı müəyyən olunub.
Paytaxt rayonlarına nəzər saldıqda isə, koronavirusa yoluxma halı ən çox Yasamal rayonunda, (22.65 faiz) ən az isə Pirallahıda (0.93 faiz) qeydə alınıb. Bundan başqa, Binəqədidə 11,27%, Nəsimidə 11,15%, Nərimanovda 6,27%, Xətaidə 5,37%, Səbaildə 2,25%, Nizamidə 5,11%, Xəzərdə 4,53%, Suraxanıda 5,11%, Qaradağda 3,02% və son olaraq Sabunçuda 12,2% yoluxma faktı qeydə alınıb.
Sumqayıtda isə 3.72 % yoluxma faktı qeydə alınıb.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının sözlərinə görə, artıq 12 rayonda koronavirusa yoluxmada sıfırlamaya nail olunub.