Bayram günlərində sosial məsafə qorunmalıdır
Karantin tədbirləri yumşaldıqca insanların bir-birilə təması artır və məsafə qaydalarına riayət olunmur. Bu da yoluxmaların sayında artımın yaranmasına səbəb olur.
Bunu REAL TV-yə açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.
O bildirib ki, xüsusən RNT tərkibli viruslarda təmas və səthi təmas vasitəsilə infeksiyanın intensivliyi artır.
Müşfiq Məmmədlinin sözlərinə görə, bayram günlərində insanların bir-birilə sıx təmasda olması da xəstəliyin artmasına səbəb ola bilər.
Deyilən qaydalara əməl etmək hər bir kəsin səhhəti üçün vacib şərtdir. Əks halda bayramı sağlam canla qarşılamaq sadəcə istək olaraq qalacaq.