Kreativ hədiyyə axtarışında olanlar sumqayıtlılar üçün-ENDİRİM

1348

Kreativ hədiyyə axtarışında olan, təsviri incəsənət sahəsini, əl işlərini sevən hər bir Sumqayıtlı üçün Artlife Azerbaijan© Şirkətinin yeni endirim kompaniyası!

Sumqayıt qeydiyyatında olan hər bir kəs üçün Artlife Azerbaijan© Şirkəti bütün məhsul və xidmətləri üzrə 15% endirim təklif edir!

Nəzərinizə çatdıraq ki, şirkət təsviri incəsənətin rəssamlıq və heykəltəraşlıq sahələri üzrə fəaliyyət göstərməklə, sifariş qəbulu (rəsm və heykəl sifarişi) və təlimlər (rəssamlıq kursları) həyata keçirir.

Bəzən hədiyyə seçimi bir çoxlarımız üçün həqiqətən əsl problemə çevrilir və hədiyyə seçimində böyük çətinlik çəkirik. Bir sıra qəliz suallara cavab axtarırıq ki, “Görəsən nə alım ki, onun xoşuna gəlsin?”; “Görəsən nə alım ki, mənim hədiyyəm sürpriz və fərqli olsun?” İnsanların xarakterləri, zövqləri çox müxtəlifdir. Birinin xoşladığı hədiyyə digərinin ürəyincə olmaya bilər. Lakin elə bir kəs yoxdur ki, zövqlə işlənmiş bir rəsm əsərini bəyənməsin, xüsusilə, əgər bu rəsm əsəri həmin şəxsin portretidirsə… Və ya əl işi olan hər hansı digər bir təsviri incəsənət nümunəsini… Bu istiqamətdə Artlife Azerbaijan© Şirkətinin təqdim etdiyi məhsullar ən gözəl hədiyyə xarakterinə malikdir.

Bütün xidmətlər üzrə yalnız və yalnız mükəmməllik təqdim etməyə çalışan Artlife Azerbaijan© təsviri incəsənətin gücü ilə insanlarda heyrət doğuran bir brenddir. Öz fəaliyyətinə yeni başlamasına baxmayaraq, artıq hətta dünyanın bir sıra digər ölkələrində də tanınır və fəaliyyəti sevilərək izlənilir. Artlife Azerbaijan©-ın əsərləri Rusiya, Kipr, Polşa, Gürcüstan, Rumıniya və s. kimi ölkələrdə yüksək dəyərləndirilərək, şəxsi kolleksiyalarda saxlanılır. Bu, tək Artlife-ın deyil, bütövlükdə Azərbaycan incəsənətinin gücü deməkdir.

Artlife Azerbaijan© haqda ətraflı məlumatı www.artlife.az saytından və ya Facebook səhifəsindən əldə etmək olar. (Facebook səhifəsi: http://www.facebook.com/ArtlifeAzerbaijan)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər