Laçın dəhlizinə alternativ yol açılır – TARİX

286

Laçın dəhlizinə alternativ olan yeni yol avqustun 30-u axşam saat 22:00-dan nəqliyyatın hərəkətinə açıq olacaq.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Bildirilib ki, yolu Gorus-Xankəndi magistralı ilə birləşdirən 4,7 kilometrlik hissənin asfaltlaşması işləri bitib.

“Yeni marşrut dəhliz statusunu saxlayacaq. Stepanakert marşrutun təhlükəsizliyini təmin etmək üçün Rusiya sülhməramlıları ilə yaxşı əlaqələndirilmiş işləməyi vacib hesab edir.

Qeyd edilib ki, Laçın dəhlizinə bitişik Laçın şəhəri, Zabux və Sus qəsəbələrinin sakinləri avqustun 25-dən əvvəl evlərini tərk ediblər. Bu yaşayış məntəqələri dəhlizin marşrutunun dəyişdirilməsi çərçivəsində Azərbaycana verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər