Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

1076

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının konfrans zalında Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 27-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Öncə Laçının işğalı zamanı şəhid olan, Qarabağ uğrunda canından keçən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Laçın rayonu haqqında qısametrajı film nümayiş olunub.

Vurğulanıb ki, Laçın rayonunun işğalı nəticəsində 60 min nəfərə yaxın insan öz dədə-baba torpaqlarından qovulub, 267 nəfər öldürülüb, 66 nəfər girov götürülüb, rayona 7,1 milyard ABŞ dollarından çox məbləğdə ziyan dəyib.

Ərazisi 1835 kvadratkilometr olan Laçının işğalı nəticəsində rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı qarət edilib.

Qeyd olunub ki, təəssüf ki, erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar hələ də Ermənistan Respublikası tərəfindən yerinə yetirilmir.

Çısış edənlər bildirib ki, onlar 27 ildir ki, Laçın niskili, yurd həsrəti ilə yaşayırlar. Əli silah tutan hər bir laçınlı torpaqlarımızın işğalçılardan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazırdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər