Laçında bir zəng… – Videoreportaj

275

Laçında Əlövsət dayının bizlə söhbət zamanı telefonuna zəng gəlir. 

Etika xətrinə “odboy” vermək istəyir, amma dərhal bu mədəniyyət nümayişinin qarşısını alıram:

– Narahat olmayın, açın, açın…

– Yoldaşımdır, gedib işdən götürməliyəm, görüm nə deyir…

Yoldaşı Əlövsət dayıya gəlməsinə ehtiyac qalmadığını, evə qonşunun gəlini ilə birgə dönəcəyini bildirir.

92-ci ildən bu yana Laçının qaytarılması ilə bağlı indiyədək çox telefon danışığı olmuşdu. Amma ora həyatın qayıtdığını göstərən telefon danışığı məhz bu idi…

Videoreportajı yutubdan izləmək üçün link

Rayonun Qarakaha kəndində at belində sakinlə qarşılaşırıq. Ötən günlərdə baxdığım, rəhmətlik Çingiz Mustafayevin işğal zamanı Laçından at belində çıxan kişidən aldığı müsahibə və orada ünvanladığı sual yadıma düşdü.

Mən də Çingizin o sualını elə onun təzrində təkrarlayıram:

– Hara gedirsiniz, ay dayı?

Cavab 31 il sonra fərqlidir:

– Evimə, doğma yurduma…

– Adınız nədir?

– Qalib…

– Elə biz də…

Əslində, “Elə biz də”ni qalib ölkənin vətəndaşı kimi nəzərdə tutub demişdim. Amma kənardan biri çəkilişin sonuna kimi mənə elə hey Qalib dedi…

Emin Səfərov

Video: Xəyal Vəlizadə

 






www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər