Leyla Abdullayeva: “Valideynlər evdə övladları ilə məşğul ola bilmirlər”

1026
 Son vaxtlar orta məktəb dərsliklərində, xüsusən də ibtidai siniflərdə dərs vəsaitlərinin çoxluğu və ağır olması barədə fikirlər səslənir. Həm bəzi ekspertlər, həm də valideynlər uşaqların həddən artıq yükləndiyini iddia edirlər. Lakin rəsmi dairələr bu iddiaları əsaslı saymır və qəbul etmir.
Milli Məslisin deputatı, Sumqayıtdakı 18 saylı orta məktəbin direktoru Leyla Abdullayeva da orta məktəb dərs yükünün o qədər də ağır olmadığını, şagirdlərin bunun öhdəsindən gəldiyini hesab edir:
“Baxmayaraq ki, ibtidai sinnifdə oxuyurlar, bizim şagirdlərin əksəriyyəti olimpiadalarda, yarışlarda iştirak edirlər. Dərs prosesində müəyyən problemlər ola bilər. Tədris prosesində çox şey müəllimlərdən asılıdır. Savadlı müəllimlər tədrisi uşaqlara lazımi səviyədə çatdırmalıdırlar. Fənnlərin tədrisi şagirdlər tərəfindən mənimsənilməlidir. Mən məktəb rəhbəri olaraq fikirləşirəm ki, ən böyük problem valideynlərdədir. Valideynlər yeni kurikulum proqramı ilə tədrisə hazır deyillər və evdə övladları ilə məşğul ola bilmirlər. Əsas problem bundadır.
Dərsliklərdəki nöqsanlara gəldikdə isə, Təhsil Nazirliyi bu haqda öz fikirlərini irəli sürüb və ortaya çıxan problem həllini tapıb. Mətbuatda da belə fikirlər səslənirdi ki, dərsiklərdə ciddi səhvlər var. Amma onalrın sayı o qədər də çox deyildi. Səhvlərin olması təbiidir, bu da öz həllini tapıb”.  Elməddin, publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər