“MƏN SUMQAYITIN GECƏSİNƏ VURULDUM” – TURİSTLƏR SUMQAYIT HAQQINDA NƏ DEYİR?

2954

Bunu Avstraliayadan gələn bir turistin dilindən eşitdim

Bu gün Sumqayıt Azərbaycanın tarixində, onun ictimai-siyasi və mədəni həyatında mühüm yer tutur. Xəzərin sahilində calınan bu şəhər son illər öz simasını dəyişmiş, gözəl, rahat və yaraşıqlı bir şəhərə çevrilmişdir. Sumqayıtı nəinki Azərbaycanda, eləcə də Avropa ölkələrində tanımağa başlayıblar.

Sumqayıt zəhmətkeşləri Azərbaycanın müstəqillik qazandığı dövrdə keşməkeşli yol keçsə də, ruhdan düşməmiş, iqtisadi islahatlarda fəal iştirak etmiş, dövlətin yürütdüyü siyasəti həmişə dəstəkləmişlər.

Sumqayıtın qısa müddətdə şan-şöhrət qazanmasında və nüfuz dairəsinin genişlənməsində, Sumqayıtı sabahın şəhəri adlandıran Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm prezident İlham Əliyev cənablarının sonzuz diqqət və qayğısının nəticəsində olmuşdur.

Son illər Sumqayıtın infrastrukturu xeyli dəyişmiş, köhnə, aşınmaya məruz qalan müəssisə və zavodlar sökülmüş, əvəzinə yeni texnologiyalar gətirilmiş, müasir tipli mini istehsalatlar və zavodlar açılmışdır. Şəhərin abadlaşdırılması, böyuk quruculuq işləri, mədəni-məişət obyektlərinin açılması buna əyani sübutdur.

2016-cı ilin payızında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Sumqayıta gəlişi şəhərin tarixinə qızıl hərflərlə yazıldı. Beləki, qısa müddət ərzində möhtəşəm işlər görən sumqayıtlılar öz qadir əməklərini bir daha subut etmişlər. Böyük quruculuq və abadlıq işləri, sosial və mədəni həyatda aparılan uğurlu islahatlar Sumqayıtın gələcəyinə böyük imidlərlə baxmağa sövq edir. Sumqayıtın girişi özünün genişliyi, rahatlığı və yaşıl infrastruturu ilə şəhərə gələnlərin diqqətini cəlb edir. Sumqayıtın ayrı-ayrı məhəllə və mikrorayonlarda yuxarı mərtəbələrdə yaşayan sakinlər yağışdan sonra çox əziyyət çəkməli olurdular. Binaların damları aşınmaya məruz qaldığından otaqlar yağış suyu ilə dolurdu. Bu da sakinlərin haqlı narazılığına səbəb olurdu. Hündür binalarda liftlərin xarab olması isə insanların ən böyük probleminə çevrilmişdir. Müxtəlif instansuiyalara yazılan ərizə və şikayətlər diqqətsiz qalırdı.

Zakir Fərəcov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı təyin olunduqdan sonra Sumqayıtda yeni quruculuq işləri aparılmağa başlanıldı. Dam örtükləri dəyişdirildi, liftlər yeniləri ilə əvəz olundu. Sumqayıtda möhtəşəm Heydər Əliyev mərkəzi yaradıldı, heykəli ucaldıldı. Sumqayıtda yeni şahmat və musiqi məktəbi tikildi. Nəqliyyat departamentinə yeni bina ayrıldı. Yaraşıqlı, müasir tələblərə cavab verən mehmanxanalar öz qapılarını qonaqların üzünə açdı. Yeni Azərbaycan partiyasının və Azərbaycan bayrağı muzeyinin tikintisinə də start verilmişdir. Bir sözlə Sumqayıt özünün ikinci həyatını yaşayır. Qarşıda mühüm əhəmiyyət kəsən məsələlər durur. Sumqayıt şəhər icra hakimiyyəti onun üzərində gərgin iş aparır. Onu da qeyd edim ki, son illər Sumqayıta turust axını artmışdır. Onlar iki ildən sonra 70 yaşı tamam olacaq Sumqayıtın tarixi ilə tanış olur, qısa bir müddət ərzində böyük və nəhəng şəhərinin salınmasına heyran qalırlar.

Dənizkənarı bulvar haqında söylədikləri məni bir jurnalist kimi maraqlandırdığından onları oxucularla tanış etmək istərdim.

Aimaniyadan turist şəklində Sumqayıta qonaq gəlmiş, həkimHelmut Qross deyir: “Azərbaycana ikinci dəfədir ki, gəlirəm. Bakı füsünkar şəhərdir. Bir neçə rayonlarınızda da olmuşam. Sizin gözəl təbiətiniz və müalicə əhəmiyyətli mineral sularınız var. Bu, böyük sərvətdir. Bu sərvətlərdən biri də Sumqayıtın bulvarıdır. Bunu səmimi deyirəm. Sumqayıta gəlməyi mənə Bakıda məsləhət gördülər. Mən sevinirəm ki, belə gözəl bir şəhərlə, zəhmətkeş insanların qadir əməyi ilə yaradılan yaraşıqlı bulvarı ilə tanış oldum. Azərbaycanlılar qonaqpərvər millətdir. Bunu hər yanda duymuşam. Sumqayıtda da bunu gördüm. Bir sözlə, siz şəhərinizlə, yaratdığınız bu bulvarla öyünə bilərsiniz”.

Cenni Xembern, Avstraliya, (təqaüdçü) “İldə iki dəfə gəzməyə çıxıram. İnternet vasitəsi ilə harada istirahət edəcəyim haqqında məlumat toplayıram.  Saytların birində Azərbaycana, Bakı şəhərinə rast gəldim. Son 20 ildə ölkənizin necə sürətlə inkişaf etdiyi haqqında bir neçə məqalə oxudum. Düzü inanmadım. SSRİ dağılandan sonra Qafqazda yerləşən bir müsəlman ölkəsinin dinamik inkişafına şübhə ilə yanaşdım. Bununla belə, qərara aldım ki, sizin ölkəyə səfər edim. Peşman deyiləm. Əksinə, sevinirəm ki, belə bir diyarda istirahət edirəm. Mən xristianam. Bakı tolerant şəhəridir. Bunun şahidi oldum. Bu, nə deməkdir? Bu, onu sübut edir ki, Sizin xalq humanist, sülhpərvər xalqdır. Sumqayıta gəlişim isə təsadüfən oldu. Mehmanxanada istirahət edirdim. Televizorda “İnter plüs” proqramına baxırdım. Sumqayıtı göstərdilər. Çox xoşuma gəldi. Bu şəhərlə tanış olmaq fikrinə düşdüm. Mənimlə bir yerdə istirahət edən həmyerlilərimlə Sumqayıta gəldik. Gecə idi. Sumqayıtın girişi göz oxşayırda. Leon lampaları küçələri füsünkar etmişdi. Maşın bizi bulvara gətirdi. Gözlərimizə inanmadıq. Burada çoxlu adam vardı. İnsanların nəfəsi ilə sanki Xəzər dənizi mürgüləyirdi. Sahilin kənarında gözəl, rahat bir aura vardı. Ruhumuz təzələnirdi. Gecə saat 2 olsa da, insanlar buranı tərk etmirdilər, onlar istirahət edir, dincəlirdilər. Günəş üfüqdən boylanana kimi bulvarı gəzdik, çay içdik. Mən Sumqayıtın gecəsinə vuruldum. Xoş təəssüratla doğma vətənimə qayıdıb, bu gənclik şəhəri haqqında hamıya məlumat verəcəyəm”.

Esmiralda Dunayeva (Rusiya, tarixçi) “Sumqayıt məni valeh etdi.  Həqiqətən gözəl və yaraşıqlı şəhərdir. Burada yaşayan insanlar isə çox zəhmətkeşdirlər. Mənə deyəndə ki, Sumqayıtda 20-dan çox millətin nümayəndələri yaşayır, düzü inanmadım. Bu, onu sübut edir ki, şəhəriniz dostluğa, qardaşlığa qiymət verən bir şəhərdir. Sumqayıtın parlaq gələcəyinə inanıram”.

 Barbara Levinskaya (Polşa, jurnalist) “Mən Krakov şəhərində anadan olmuşam. Təhsilimi isə Moskvada almışam. Sovetlər birliyində hamı azad və rahat yaşasalar da, milli respublikalar müstəqillik arzusunda idilər, buna da nail oldular. 1992-ci ildə Azərbaycanda olmuşam. O vaxtlar respublikada xalq cəbhəsi hakimiyyətə gəlmişdi. Biz reportajlar aparırdıq. Üstən 20 il vaxt kecib. Mən yenə Azərbaycandayam. Bakı ağlagəlməz dərəcədə inkişaf edib. Mən peşəmlə bağlı regionları da gəzdim, dəyişikliklər göz oxşayırdı. Sumqayıt şəhərində də oldum. Mənə xoş təsir bağışladı. İnsanlar mehriban və qonaqpərvərdirlər. Məni heyrətləndirən şəhərin yaşıllığa bürünməsidir. Məlumatıma görə, bu yaşıl şəhərciyi sumqayıtlıların əli ilə salınıb. Bu cür insanlar hər cür tərifə layiqdirlər”.

Alberto Dizanelli (İtaliya, dizayner) “Çox ölkələrdə olmuşam. Dizayner kimi hər bir tikiliyə, abidəyə fikir verirəm. Müxtəlif üslublara, dəst-xətlərə rast gəlirəm. Sizin şəhəriniz modernizm stilində tikiliməkdədir. Mən sovetlərdən qalan binaları nəzərdə tutmuram. Heydər Əliyev mərkəzi, şahmat və musiqi məktəbləri, mehmanxana, biri-birindən fərqlənən restoranlar, banklar, göz oxşayan və sumqayıtlıların istirahət mərkəzinə çevrilən bulvarınız bunu sübut edir. Bu nə deməkdir? Dəb, yoxsa gözəllik? Mən deyərdim bu insanların həyata yeni baxışı, yeni təfəkkürüdür. Bu yolda sizə uğurlar diləyirəm”.

Sumqayıt həqiqətən gündən-günə gözəlləşir, öz simasını dəyişir. Son illər onun haqqında dünya mətbuatında kifayət qədər materiallar dərc olunmuş, onu ürəkdən vəsf etmişlər. Bu, sumqayıtlıları ruhlandırır, daha fədakar olmağa, əzmkarlıq göstərməyə sövq edir. İnanıram ki, Sumqayıtı gələcəyi daha parlaq və gözəl olacaq. Çünki Sumqayıtı qurub-yaradanlar əsl Sumqayıtın təəssübkeşləridir.

Eyruz Məmmədov,

Respublikanın əməkdar jurnalisti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər