Maliyyə Monitorinqi Xidmətinə yeni direktor təyin olunub

194

Vergilər Nazirliyinin Maliyyə Monitorinqi Xidmətinə direktor təyin edilib.

“Report” xəbər verir ki, Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə qurumun direktoru Rövşən Nəcəf təyin edilib. Faktı “Report”a hökumətdən təsdiq ediblər.

Məlumata görə, R.Nəcəf bundan öncə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Salyan rayonunda anadan olub.

Xatırladaq ki, Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin 30 may 2019-cu il tarixli sərəncamı ilə Vergilər Nazirliyinə verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər