"Manaf Ağayev kişilikdən danışmasın" yazdı, sonra "Manaf qardaşdı, üzr istəyirəm" dedi - VİDEO - FOTO

1742

“Elə sizin ajığınıza növbəti qalmaqalımız gəlir inşallah tezliklə! Manaf Ağayev qardaşdı, dostumuzdu. Reytinq partlartdı, dağıtdı, bomba oldu, super oldu. Kişinin kişi ilə söhbəti düşər də! Təhqir yazanlar kişi işinə qarışmasın. Oxucularımız var olsun! Bəli, biz yazarıq, yazımız reytinqləri üstələdi! Məni diz çökdürmək hər oğulun işi deyil. Məni tanıyan tanıyır, yəni yaxşılar.

Mənim çıxışımda böyük ajiotaj yaratdı. Bu cür də olmalı idi, çünki mənim Qarabağlı dəyərli dostlarım var. Mən bu anlaşılmamazlığa görə Qarabağın qeyrətli oğullarına üzrlər dilədim. Bütöv Azərbaycanımıza və onun ayrılmaz hissəsi Qarabağımıza eşq olsun! Küçədə gedəndə yaxınlaşan dostlarım xatirinə yazın, pozun. Amma kişi kimi. Ana-bacı, var-yox qədri bilən dostlarım Allah qorusun sizləri”.

Bu sözləri avqustun 22-də Facebook profilində müğənni Manaf Ağayevi təşqir edən, özünü jurnalist adlandıran Mirismayıl Xələfli yazıb.

Xatırladaq ki, M.Xələfli həmin qalmaqallı statusunda yazmışdı: “Bu Manafa deyin az kişilikdən danışsın. Doğulduğu Füzuli rayonu işğal altındadır. Manaf Ağayev və bəziləri gəlib Bakıda kişi olublar, kişilikdən danışırlar. Saçına qara qoyub Mətanət Əsədovanın qeyrətini çəkincə, get mahnını oxu, pulunu qazan. Sənin torpağını işğal edən hansısa bir erməni dığasını Moskvada ya hardasa söhbətə çağırmısan? Nə xod gedirsən? Səni Manaf edən söhbətə çağırmaq istədiyin Azərbaycan kişiləridir, ağıllı ol, quş buraxma!!!”

Dünənsə M.Xələfli Facebook profilində M.Ağayevlə videosunu paylaşıb, üzrxahlıq edib, müğənni ilə bahəm, bütün qarabağlılardan üzr istəyib.

O, yazıb: “Tanınmış müğənni Manaf Ağayevlə aramızda olan qalmaqala aydınlıq gətirildi görüşdük barışdıq.

Xahiş edirəm videoya diqqətlə baxın. Bəziləri İnstagram-da söyüş yazır, guya mənə üzr istətdilər. Amma elə deyil, qətiyyən. Manaf da Azərbaycan oğludu,  mən də. Sadəcə, mənim statusumu səhv anlayan Qarabağın ağsaqqallarına və ziyalılarına, dəyərli insanlarına üzrxahlıq. Guya ki, mən qarabağlıları təhqir etmişəm. Amma əslən o cür deyil. Qaldı ki,mən jurnalistəm, yazaram. Yazmaq mənim borcumdur, bundan sonra da yazacam. Kimsə məni və qələmimi sındıra bilməz – əgər mən düzəmsə. Azərbaycan bölünməzdi, Qarabağ da döyünən ürəyimiz, qarabağlıların yaxşıları da dostlarımız. Allah sizləri qorusun. Eşq olsun Manaf və Mirismayıl dostluğuna. Manaf Ağayev səmimi və mehriban, hər şeyin düzünə çatmağa çalışan qardaşdı. Bu qardaşlıq davamlı olacaq inşallah”.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər