Məktəb direktoru oğlanları satıcı kimi işlədir, qızları isə dərs zamanı... - ŞOK OLAY (VİDEO)

1427
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial kriminal layihə “Gəl Dərdini Danış” verilişində inanılmaz anlar yaşanıb.
Unikal.org xəbər verir ki, ilk olaraq verilişə Slavik bəy çıxıb. Onun iddiası hər kəsin qəzəbinə səbəb olmuşdu. Slavik gəlininin qonşu ilə xəyanətinin görüntülərini verilişə gətirmişdi. Bu dəfə isə gəlin açıqlama verərək hər məsələyə aydınlıq gətirib. Daha sonra teleaparıcı Slavik bəyə “siz gedin bir çay için” deyərək studiyadan qovub.
Daha sonra Kənan adlı Tovuz sakininin açıqlamaları hər kəsi göz yaşına boğub. “Dərsə gecikdiyim üçün hər kəsin içində direktor məni döydü. Yetim olmasaydım o mənə heçnə edə bilməzdi” deyən Kənanın təqdim etdiyi görüntülər də böyük müzakirələrə səbəb olub. Belə ki, onlar iddia edib ki, Tovuz rayonu Qoblar şəhər internat məktəbinin dirketoru Eldar müəllim hər gün onlara təziq edir, qızları dərs zamanı çalışdırır, oğlanları isə şəxsi işlərini görməyə məcbur edir. Görüntüləri olduğu kimi təqdim edən teleaparıcı Amil Xəlil sərt şəkildə uşaqlara əl qaldıran müəllimləri tənqid edib. “Bəli Kənanın atası dünyasını dəyişib. Nə bacısı, nə qardaşı var. Anası da rəhmətə gedib. Amma bu gündən etibarən Kənanın mənim kimi yüzlərlə qardaşı var. Yüzlərlə bacısı var. O artıq mənəvi olaraq yetim deyil!”
Verilişdə baş verən inanılmaz anları təqdim edirik…
Qeyd edək ki, sosial kriminal layihə həftə içi hər gün saat 16:00 da Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır. Verilişin xüsusi özəlliyi isə bir insanın üzərində şou qurulmur. Şikayyətçi həftələrlə yox sadəcə bir gün çıxış edir və mənəvi o cümlədən pulsuz hüquqi yardım alır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər