Mənzildə qalan uşaq xilas olundu

642

Sumqayıt şəhərində vətəndaş azyaşlı övladının mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyindən narahat olmuş və kömək üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət etmişdir.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş və giriş qapısını açmışdır. Mənzildə oyaq vəziyyətdə aşkarlanmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:10-da başa çatmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər