İrlandiyalı müğənni Şineyd O Konnor sosial media hesabından verdiyi açıqlamada İslam dinini qəbul etdiyini açıqlayıb.
“Qafqazinfo” “Dünya büllüeteni”nə istinadən xəbər verir ki, o, katolik xristianlığı tərk etdiyini və müsəlman olduğunu bu sözlərlə bildirib:
“Müsəlman olduğum üçün qürur duyuram. Bu, hər bir ağıllı ilahiyyatçının təbii olaraq çatacağı bir nəticədir. Bütün müqəddəs kitablar bizi İslama aparır”.
51 yaşlı ifaçı adını da dəyişərək Şühəda Davitt qoyub.