Məşhur professor ŞOK FAKTLARI AÇDI: Dünya bu tarixdə dağılacaq, Azərbaycan torpaqları…

3402

tən həftə Bakının qonağı olan türkiyəli təkamülçü bioloq, professor Ali Demirsoy “Yaradılış, yoxsa təkamül?” adlı seminarla çıxış edib.

107 elmi kitabın müəllifi olan görkəmli professor Publika.az-a müsahibəsində təkamül, yadplanetlilər, kainatın sirləri, dünyanın sonu, insan ömrünün uzanması, neft ehtiyatlarının Azərbaycanda nə zaman tükənəcəyi və bəşəriyyətin gələcək taleyi haqqında sensasion proqnozlar verib.

Birinci hissəni burada oxuya bilərsiniz:

Azərbaycanda və dünyada yanacaq ehtiyatlarının tükənməsi təhlükəsi hansı səviyyədədir? Elm bu ehtiyatların tükənməsini neçə il sonraya proqnozlaşdırır?

– Bu gün tükənməsə də, 100 və ya 150 il sonra olacaq. Bunlar 200-250 milyon il əvvəl mikroorqanizmlərin yığılmasından meydana gəlib, sonsuz deyil. Odur ki, neft çıxaran ölkələr yanacaqdan ağıllı şəkildə istifadə etməlidir. Üstəlik benzin maşında yandırılacaq qədər qiymətsiz yanacaq deyil. Neftdən ən az 500 min növ məhsul istehsal edilir. Kimya sənayesi “qara qızıl” üzərində qurulub. Azərbaycan və Türkmənistan torpaqları neftlə zəngindir. Türkmənistanda Türkiyəyə 1000 il yetəcək qədər təbii qaz mənbələri tapılıb.

Əgər yeni enerji qaynaqları dövrəyə girməsə halımız yaxşı olmayacaq. Bütün ümidimizi nüvə enerjisi istehsalına bağlamışıq, amma bu gün tapılsa belə, onun tətbiqi 50 il sonra mümkün olacaq. Odur ki, böyük enerji əldə etmək şansımız yoxdur, sahib olduğumuz enerji qaynaqları ehtiyatla istifadə edilməlidir. Dünyada heç nə sonsuz deyil, hər şey dəyişməyə məhkumdur. Siz bu dəyişikliyə ayaq uydurmağa məcbursunuz. Yeni enerji mənbələrinin tapılacağına bel bağlayırıq, bəs tapılmazsa 8 milyard insan nə edəcək? Təkamül məntiqi bu sualın cavabına köklənib. Qərbdəki Kalvinist kilsəsi və müsəlmanlarsa deyir ki, biz Tanrının ən sevimli quluyuq. Təhlükə olarsa, özü bu dünyanı nizama salacaq…

– Bəs dünya dağılacaq?

– Ən azından 4 milyard il Yer kürəsi Günəşin ətrafında fırlanmağa davam edəcək. 7 milyard il sonra Günəşdəki hidrogen azalacaq, heliumu yandıracaq, bir müddət davam etdikdən sonra kollaps dediyimiz yollar meydana gələcək, içəriyə çöküb kütləyə çevriləcək və daha sonra karbonu yandıracaq. Beləliklə Marsı və Veneranı içəri alacaq.

– Təyyarə ilə səmadan yerə baxanda hansı ərazilərdə zəlzələ gözləndiyini təyin etmək mümkündür demisiniz. Bu müşahidəni Azərbaycana gələndə də edə bildiniz?

– Təyyarə yerə gecə eniş etdiyi üçün müşahidə etmək imkanım olmadı. Lakin bunu avqust ayında, çox quraqlıq dönəmlərdə etmək lazımdır. Uzun-uzadı yaşıllıq olan ərazilərə baxıb potensial zəlzələ zonalarını təyin etmək mümkündür.

– Heyvanlar niyə zəlzələ kimi təbiət hadisələrini insanlardan daha əvvəl hiss edə bilir?

– Balıqlarla, qoyunlar zəlzələni insanlardan öncə hiss edir. Silisium kristalları sıxışdığı zaman elektrik yayır. Yaponiyada balıqçılıq təsərrüfatlarında bioloqlar hər gün nə qədər və hansı balıqların tutulduğunu qeydə alır. Suyun altında palçıqlı yerdə yaşayan və antenaları olan balıqlar var ki, elektriki hiss edir. Bu balıqlar palçıqlı suda elektrikin əksi ilə radar kimi yollarını tapırlar. Lakin ərazi sıxışmağa başladığı zaman yerdən daha çox elektrik çıxmağa başlayır. Bu zaman balıqlar gizli yerlərə çəkilir. Balıqçılar müxtəlif balıqları tutsa da, tora düşənlər arasında onlardan olmur. 6 gün ard-arda davam edərsə, bu zaman bioloqlar anlayır ki, zəlzələ olacaq.

Zəlzələ birdən-birdə baş vermir. Yavaş-yavaş sürüşməyə başlayanda müəyyən gurultular əmələ gəlir ki, biz onları eşidə bilmirik. Heyvanlar ayaqları ilə səs dalğalarını hiss edir və həyəcanlanmağa başlayır. Buna əsasən deyirik ki, zəlzələni təxmin etmək mümkündür.

– Son yüzilliklərdə müsəlman ölkələrində elmi kəşflərin olmamasının səbəblərini nədə görürsünüz?

– Dünyada ilk dəfə qrammatika və tarix Anadoluda yazılıb. İlk dəfə pul da Anadoluda buraxılıb. Anadolu və Mesopotamiya Yaxın Şərqdə yerləşmiş dünyanın ən qədim və ən böyük sivilizasiyalarından biri olub. Lakin səmavi dinlər ortaya çıxdıqdan sonra heç nə tapılmayıb.

İkincisi, bu dövrdə ciddi araşdırmalar aparmaq üçün AR-GE (araşdırma-gelişdirme) deyilən geniş kütləyə söykənməlisən. Məsələn, Çin, Rusiya və Amerikanın böyük torpaqları olduğu üçün AR-GE edə bilir. İslam ölkələrindən İran və Türkiyə bunu etməyə qadirdir. Amerikanın başımızın üstünü kəsdirməsinin səbəbi də budur. Bilir ki, İran, İraq və Türkiyəni iki kiçik hissəyə bölərsə, bizim döyüş təyyarəsi istehsal etmək şansımız aşağı düşəcək. Adi soyuducunun texnologiyasını inkişaf etdirmək üçün öz ölkəndə ən az 4 milyon soyuducu satmalısan ki, araşdırmaya yetəri qədər pul ayıra biləsən. Bunun üçün ticarət baxımdan birlik ölkə olmalıyıq. 100-150 milyonluq ticari alış-veriş meydana gələrsə, təyyarə də istehsal edə bilərik. Çünki iqtisadi böyüklüyümüz bunu etməyə imkan verəcək.

Üçüncü problem ondan ibarətdir ki, yetişdirdiyimiz alimlərin böyük hissəsi xarici ölkələrə üz tutur. Odur ki, bizim dünya bazarını dəyişdirən araşdırma aparmaq potensialımız rasional olaraq mümkün deyil.

– Müxtəlif qatqı maddələrindən hazırlanan qidaların səhhətimizə təsiri özünü necə göstərir?

– Kimyəvi qatqılar, boyaq maddələri, konservləşdirilmiş məhsullar, üstəlik təbiətdə görünməyən 200 minə yaxın sintetik maddələr var. Bu günə qədər sintetik məhsulları yox edən heç bir ferment tapılmayıb. Sözsüz ki, sintetik maddələr orqanizmə hər hansı yolla tədricən daxil olaraq toplanır və genetik qırılmalar meydana gəlir.

– Yer üzünün ən sağlam ərazisi haradır?

– Bir dəfə bir qadın konfransda sual verdi ki, uşaq sahibi olmaq istəsəm, hansı millətin nümayəndəsi ilə evlənim. Ən sağlam uşağı hansı millətin nümayəndəsi mənə verə bilər? Dedim ki, əfqanlar. Əfqanıstanda uşaqlar inanılmaz dərəcədə çətin şərtlər altında yaşayır və genetikası ən sağlam olan ayaqda qala bilir. Digərləri xəstədirsə, ölür.

– Uşaqlarda maraq duyğusunun inkişaf etdirilməsi mövzusunda nə məsləhət görə bilərsiniz?

– Maraq və empatiya duyğusu insanı insan edən ən önəmli iki özəlliyidir. Maraq – ancaq insana xas duyğudur. Uşaqlarda maraq duyğusunun güclü aşılanması 7 yaşına qədər verilən tərbiyədən asılıdır. Bu 7 ilin uşağın maraq duyğularının və öyrənmə istəyinin inkişaf etdirilməsində rolu əvəzsizdir. Əgər 7 yaşına qədər uşağa mələklər, ruhlar, günah haqqında danışsanız, beyində trakt deyilən yolları bağlamış olacaqsınız. O insan artıq onu narahat edən sualların axtarışına çıxmayacaq. Ümumiyyətlə 18 yaşa qədər heç kimə dini təhsil verilməməlidir.

“Özün düşün, özün tap” yanaşmasını elmi düşüncəyə çevirmək mümkündür. Uşaqlara xüsusilə bilməcə və beyinlərini düşündürən oyunlar oynatmaq lazımdır. Yəni nəticəsi bəlli olan oyunlar deyil. Uşaqlarınızın könlünü almaq üçün onlara bahalı oyuncaqlar almayın. Heç bir uşağın beyni hazır oyuncaqla inkişaf edə bilməz. Ona özünün düzəldə biləcəyi oyuncaqlar alın.

– Ali bəy, hər şeyin fani olduğu dünyada yaşamağa dəyər?

– Hər kəs həyata fərqli mənalar yükləyir. Ömrüm əlbəttə ki, mənalıdır. 10 qardaşım olub, 9-u ölüb. Anamla atam çox çətin şərtlər altında mənə təhsil verib. Bu günə qədər 107 kitab yazmışam. Türkiyə universitetlərində biologiya fakültəsində dərsliklərin 40 faizi mənim kitablarımdır, həmçinin tibb fakültələrində. Hər birinin evində ən az bir kitabım var, onların dünyaya baxışlarını dəyişmişəm, məlumatlandırmışam, 50 ildən çox müəllimlik etmişəm. 100 min, bəlkə də daha çox tələbəyə dərs demişəm…

1994-cü ildə xəbər gəldi ki, ailən avtomobil qəzası keçirib. Dünya gözəli həyat yoldaşım, 15 və 10 yaşında oğlum, əmim, əmimin həyat yoldaşı və oğlu sərxoş sürücünün törətdiyi qəza nəticəsində həlak oldular. Səhər oyuncaq meymunla oynayan övladını soyuq morq otağında sığallamağın, hər axşam işıqları par-par yanan evin pəncərələrindən qaranlıq otaqda təkbaşına qalmağın nə olduğunu ancaq yaşayan bilər. Normal olaraq hər şeyi atıb bir kənara çəkilməli idim, üstəlik maddi durumum da buna icazə verirdi. İlk olaraq mənə dərman verməyə çalışdılar… Qətiyyən dedim. Çünki qərar verməli idim.

Fərqinə vardım ki, yaşamım sadəcə mənə aid deyil. Həyatımda 100 mindən çox tələbəyə dərs demişəm və həmişə nümunə olmağa çalışmışam. Onlar arasında oxşar taleləri yaşaya bildiyim insanlar da ola bilərdi. Anladım ki, bu həyat tək mənə aid deyil, başqaları ilə də paylaşmalıyam. Tələbələrim sıxıntılı günlərində məni xatırlamaq və yıxıldığı zaman ayağa qalxmaq məcburiyyətindədir. Ustaca yaşam ustalardan öyrənilir, bir neçə məqalə və kitabla tələbələrimə yaşamağı öyrədə bilmərəm. Onların qarşısında dimdik duraraq və bütün bəlalara sinə gərmiş insanların örnəyini verərək yararlı ola bilərdim.

– Bəs çəkdiyiniz bu qədər ağrıların səbəbini nədə görürsünüz? İnsan niyə acı çəkməyə məhkumdur?

– Bu sual insanı çarəsizliyə sürükləyir və Allaha aparır. Əgər axirət dünyasının və ya başqa bir dünyanın olduğunu bilsəydim, o gün özümü güllələyərdim, artıq mənim üçün həyatın heç bir mənası qalmamışdı. O dünyanın olmadığını bildiyim üçün mümkün olduğu qədər burada qalıb yaşamağa davam etdim. Bu illər ərzində heç boş dayanmasam da, insanın içinə bir atəş düşür. Bu atəş bildiyimizdən deyil, rəsmən qovurur. Amma heç kim dərdimi düzəldə bilməzdi… İç dünyanız yanarkən başqa insanlara da örnək olmağın bir ərdəm olduğunu ilk dəfə onda öyrəndim. Bir insan içi yanarkən başqalarını güldürə bilməlidir, digər halda onları xoşbəxt etməyin xüsusi bir mərifət olduğunu düşünmürəm. Və xeyrini da gördüm, xeyli insan tanıdım. Başqa insanlara xidmət etməyin bir ərdəm olduğunu bilərək və düşünərək yaşadım.

Qəza olduğu il Hamburq Universitetindən çox yüksək maaşlı iş dəvəti gəlmişdi. Məktubda qeyd olunmuşdu ki, bu qədər acı içində Türkiyədə yaşaya bilməyəcəksən. Bir az düşündüm… Sonra fikirləşdim ki, Türkiyənin suyunu içib, çörəyini yemisən, 50 yaşından sonra yeni bir çevrə qurmağın və özündən qaçmağın nə mənası var? Üstəlik nədən qaçırsan? Çarəsizlik və ağrıdan… Ölkəmdə qalıb bu ağrını içimdə çəkməyə və dövlətimə mümkün olduğu qədər yararlı olmağa qərar verdim. Amma ən böyük üzüntüm bilirsiniz nədir? Özümü bu ölkə üçün fəda etdim və bunun fərqində deyildim…

– Maraqlı söhbətiniz üçün minnətdaram, Ali bəy. Suallarım çox olsa da, sizi daha çox yormaq istəmirəm.

– Təşəkkür edirəm.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər