Məzahir Pənahov: “MSK növbədənkənar parlament seçkilərinə tam hazırdır”

754

“Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar tam hazır vəziyyətdədir və bələdiyyə seçkilərindən növbədənkənar parlament seçkilərinə harmonik və ahəngdar keçid edəcək”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Növbədənkənar parlament seçkilərinə hazırlıqla bağlı AzTV-yə danışan komissiya sədri bildirib ki, artıq dekabrın 6-dan parlamentə növbədənkənar seçkilərə start verilib: “Milli Məclisin deputatı seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər. Parlament seçkiləri zamanı bizim 125 dairədə seçkilər həyata keçirilir. Prezident seçkilərinə nisbətən parlament seçkilərində işimiz biraz gərgin olur. Bələdiyyə seçkilərində isə bizim işimiz həm prezident, həm də parlament seçkilərinə nisbətən gərgin keçir. Çünki biz 1606 bələdiyyə üzrə seçkilər keçiririk. Təbii ki, prezident seçkiləri bütün ölkələrdə olduğu kimi bizdə də yüksək məsuliyyət və ciddi yanaşma tələb edən bir tədbirdir ki, bütün cəmiyyət gərək öz vətəndaşlıq mövqeyini ortaya qoysun”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Mazahir Panahov: CEC is fully ready for extraordinary elections
Səid Qərib
Səid Qərib
Xəbərin müəllifi

ria.az/uzt9w/
Abunə ol 0
Tərəfdaşların xəbərləri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər