Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, MSK sədrinin qardaşı Mahir Pənahov uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş. O, 2013- cü ildən etibarən Vergilər Nazirliyində çalışıb. Nazirliyin Milli Gəlirlər Departamentinin baş direktorunun müavini vəzifəsində işləyib.
Qeyd edək ki, M. Pənahov 1960- cı ildə Tovuz rayonunda anadan olub. Onun nəşi anadan olduğu Tovuz rayonunda torpağa tapşılıracaq.
Mərhumun yas mərasimi martın 1-də Heydər məscidində keçiriləcək.