MİDA Sumqayıtda yaşayış binalarının tikintisinə 14 milyon manat xərcləyəcək

1308

“MİDA” MMC Hünər İnşaat Firması və Conco QSC ilə 14 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, Hünər İnşaat Firması ilə bağlanmış müqavilədə 7, 8 və 9 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi nəzərdə tutulur. Müqavilənin dəyəri isə 6 806 445 manatdır.

Conco QSC ilə bağlanmış müqavilədə isə 4, 5 və 6 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi nəzərdə tutulur. Müqavilənin məbləği isə 6 645 194 manatdır.

Bu binalar Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində tikilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər