Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, ötən gün axşam saatlarında “Ford tranzit” markalı avtomobil Ü.Hacıbəyli küçəsində Samirə Quliyeva və onun azyaşlı qohumu Nərminə Quliyevanı vuraraq, hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli xəsarət alan zərərçəkənlər dərhal təcili tibbi yardım xəstəxanasına çatdırılıblar.
Avtomobilin sahibi Şakir Xankişiyev Sumqayıt Polis İdarəsi əməkdaşlarının apardıqları axtarış tədbirləri nəticəsində saxlanılıb.
Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsində fakt üzrə araşdırma aparılır.