Millət vəkili jurnalistlərlə birgə Sumqayıt bulvarında oldu

597

“Azərikimya” İstehsalat Birliyində bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə Sumqayıt şəhərində son dövrlərdə aparılan abadlıq, quruculuq işləri, həyata keçirilən layihələrin müzakirəsinə həsr olunmuş görüş-diskussiya keçirilmişdir.
“Azərikimya” İB-nin rəhbərliyi və jurnalistlər şəhərin Dənizkənarı bulvarına gələrək aparılan abadlıq-quruculuq işləri ilə yerindəcə tanış olmuş, uzunluğu 4,2 kilometr, ümumi sahəsi 106 hektar olan ərazidə həyata keçirilən möhtəşəm layihələrlə bağlı öz fikir və mülahizələrini bildirmiş, doğma Sumqayıtımızın özünəməxsus görkəmə malik bulvarının daha gözəl, daha baxımlı, daha cəlbedici və iqtisadi cəhətdən səmərəli olması üçün özarzularını, istək və təkliflərini irəli sürmüşlər.
”Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev ölkə başçısının diqqət və qayğısı sayəsində Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə müxtəlif yerlərində həyata keçirilən möntəşəm layihələr haqqında jurnalistlərə geniş məlumat vermiş, şəhər üçün əvəzsiz olan bu layihəyə “Azərikimya” da daxil olmaqla hər bir təşkilatın, hər bir vətəndaşın öz töhfəsini verməsini, qurub-yaratmaqla bərabər, minbir əziyyət bahasına əmələ gələn bu gözəlliklərin ictimaiyyət tərəfindən qorunub saxlanılmasını arzu etmiş və bunu ən vacib amillərdən biri kimi dəyərləndirmişdir.
Sumqayıtın tarixində misli görünməmiş abadlıq, quruculuq və tikinti işləri, şəhərimizin gələcəyinə, şəhər sakinlərinin rifah halının yaxşılaşdırılmasına yönəldilmiş uğurlu layihələrin ictimaiyyətin diqqətinə çatdırılmasında jurnalistlərin böyük rolu olduğu vurğulanan görüşdə, KİV nümayəndələrinə bu məsələlərə obyektiv münasibət bildirmək, daha geniş və maraqlı yazılarla bu yüksəlişə dəstək vermək tövsiyə olunmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər