Millət vəkili Müşfiq Məmmədli seçicilərlə görüşdü – Foto

272

Millət vəkili Müşfiq Məmmədli bu gün Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının binasında qəbula gələn şəxslər məişət, məşğulluq, sağlamlıq, məhkəmə və digər mövzularda müraciətlər ediblər. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.
Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra həlli istiqamətində lazımı dövlət strukturlarına müraciətlər ünvanlanması qərara alınıb.
Qeyd edək ki, 44 saylı Sumqayıt Xızı seçki dairəsi üzrə mütəmadi olaraq vətəndaş qəbulu keçirilir. Növbəti qəbulda iştirak etmək üçün sosial şəbəkə vasitəsi ilə və ya 0502779684 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər