Millət vəkili seçicisi olan gənclərlə görüşdü

911

DSC_006243 saylı Sumqayıt 3-cü seçki dairəsinin deputatı Nizami İsgəndərov bu gün təmsilçisi olduğu ərazinin seçici gəncləriylə görüşdü. Aktiv keçən görüş zamanı gəncəl yerlərdəki problemlərlə yanaşı, dünyada və ölkəmizdə baş verən ictimai-siyasi hadisələrədə toxundular. Səmimi bir şəraitdə keçən toplantıda Nizami İsgəndərov gəncləri maraqlandıran suallara da cavab verdi. Əsasən Minsk Qrupu olan dövlətlərin başçılarının Dağlıq Qarabağla bağlı imzaladığı son sənəd üzərində dayanan gənclər bu məsələdə millət vəkilinin də mövqeyini öyrəndilər. Millət vəkilidə öz növbəsində müharibənin olacağı təqdirdə genefonumuzn bir hissəsinin itirə biləcəyimizə toxunaraq problemin süllh yoluyla həll olunmasının tərafdarı olduğunu bildirdi. “Lakin bu hec də o demək deyil ki, Ermənistan tərəfi münaqişənin sülh yoluyla həll olunmasından boyun qacırdıqları halda müharibə istisna olunmur” deyərək Azərbaycanın istənilən halda öz torpaqlarını azad etmək iqtidarında olduğunu vurğuladı.

Görüşdə secici gənclər Qırğızıstan, İsrayil-Türkiyə, ABS-Rusiya, bir sözlə bölgəmiz üçün maraqlı olan bir sıra məsələlərlə bağlı da millət vəkilinin fikirlərini öyrəndilər. Dialoq şəklində kecən bu görüşdə məlum oldu ki, son 5 ildə gənclər mütəmadi olaraq  bir sıra problemlərlə bağlı İsgəndərovun secki qərargahına müraciət etmişlər, demək olar ki, həmin müraciətlərin əksəriyyəti də öz həllini tapıb. Bunu əsas gətirən seçici gənclər bu görüşdə də 12-ci mikrorayon  ¾ sayl binanın qarşısında məhəllədaxili meydançada qanunsuz olaraq avtomobil dayanacağı salındığı barədə milət vəkilinə məlumat verdilər. O da öz növbəsində məsəsləyə dərhal müdaxilə edəcəyəni, hətta yerində baxış keçirəcəyini, problemin hansısa bir şəxsin maddi maraqlarına deyil, seçicilərinin xeyrinə həll edəçəyi barədə söz verdi.

Sonda seçici gənclər öz millət vəkilərinin fəaliyyətindən razı qaldıqlarını və növbəti seçkidə də onun namizəd olmasını arzuladılar. İsgəndərovda öz novbəsində gənclərə təşəkür etdi. Seçilib seçilməyəcəyindən asılı olmayaraq, qapısının daim gənclərə açıq olduğunu bildirdi. Sonda gənclərlə xatirə şəkili cəkildi .

DSC_0079DSC_0081

DSC_0073

DSC_0070

DSC_0069

DSC_0084

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Ramil
    İyun 30, 2010 - 09:26

    Seçkilər yaxınlaşdıqca deputatlar fəallaşmağa başlayıb. Seçki prosesində gənc nəslin daha aktiv olduğunu nəzərə alna Nizami İsgəndərov da analoji addım atıb. Nə yaxşı ki, 5 ildən bir keçirilən parlament seçkiləri var. Yoxsa deputatların üzünü görmək olmur.

  • Ramil
    İyun 30, 2010 - 09:27

    Ümimiyyətlə adından göründüyü kimi millət vəkili millətin arasından çıxmalı və onun mənafeyini qorumalıdır. Bizdə isə deputatlar oliqarxların arasından seçilir

  • Emin Xanlarov
    İyun 30, 2010 - 10:37

    hesab edirəm ki əgər deputatın gənclərlə görüşmək həvəsi varsa və göruşürsə bu hərəkəti ancaq təqdir etmək lazımdır. Azərbaycan reallıqları nöqteyi nəzərindən yanaşsaq oliqarx deputatı ancaq televiziya ekranlarından görə bilərik. Nizami İsgəndərov isə başqa deputatlarla müqayisədə kifayət qədər seçicilərlə görüşməyə can atır.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər