Milli Məclis Sədrinin müavinindən Sumqayıtda bağlı maraqlı paylaşım

3214

Milli Məclis Sədrinin müavini Bahar Muradova facebook səhifəsində Sumqayıtlıları təbrik edib, şəhərlə bağlı yazdığı şeri paylaşıb. sumqayitxeber.com millət vəkilinin təbrik paylaşımını təqdim edir:

“Əziz Sumqayıtlılar !
Sizin hamınızı doğma şəhərinizin 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir,sevincinizi bölüşür,gələcəyinizlə bağlı arzularınızın və xəyallarınızın Sumqayıtın bu günü kimi real və cin olmasını arzulayıram.

BAYRAMINIZ MÜBARƏK OLSUN!!!

Sumqayıtın Adamları…

Bu şəhərin gecələri,
Gündüzü ilə yarışıbdır.
Həyat üçün doğan günəş,
Nur selinə qarışıbdır.

Bu xoş günün təməlində,
Xalqımızın əzmi durur.
Sumqayıtı quranların,
Bu yurd üçün yananların,
Sözü ilə əməlinin
Vəhdətini qananların
Özü durur, sözü durur.

Səhərlərlə bir oyanır,
Bu şəhərin insanları.
Gecəsi ilə gündüzünü
Bir-birinə qatanları.
Tənbəlliyi, yorğunluğu,
Yarı yolda atanları.
Nurlu sabah xatirinə
Ay-ulduza çatanları,
Bu torpağın Adamları.

Sevmir onlar
Aydınlığı qaranlığa satanları.
Öz namını başqasından
Daha üstün tutanları.
Sapı bizdən, özü bezdən
Səhər tezdən axşamadək
Taqqıldayan “baltaları”…

Sevmir onlar
Ay nurunu, doğan günü
Daldalara dəyişəni,
Düzlə-düzü, sözlə-sözü
qovğalara,
Düyüsünü düz boşqabda
dovğalara dəyişəni
Düşməninə qahmar çıxıb
Dostları ilə əyişəni…

Gözəl söhbət, xoş məsləhət
Doğru sözlə, düz nəsihət
Əvəzinə qeybətə yön verənləri
Dürüstə yox, əyriyə ön verənləri
Mənəviyyat güzgüsünə
Sığışmayan “gödənləri”
Sevmir onlar…

Amma, ancaq, birdə, lakin
Bir nemətdir onlar üçün.
Bu gününə söykək duran
Sumqayıtın ötənləri.
Ən müqəddəs amal üçün,
Ömrü sona yetənləri.
Bu torpağın hər qarışı,
Həm baharı, həm də qışı.
Bilsən necə əziz ona.
Sevir onu yana-yana,
Sevir onu qana-qana.

Bahar MURADOVA
19.11.2019″

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər