Milli Məclisin yeni sədri kimdir? – Dosye

1713

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın namizədliyini irəli sürüb.

Axar.az xəbər verir ki, S.Qafarova 1955-ci ildə anadan olub.

O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1978-1980-ci illərdə Şəmkir şəhərində (orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib.1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır.

2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. 2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir.

S.Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Ədəbiyyatda Gender problemlərinin tədqiqi ilə məşğuldur. Prof.Sahibə Qafarova bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin iştirakçısı olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər