Oxu.Az xəbər verir ki, onun yaxınlarda “Instagram” hesabında altı bağlama pulla fotosu böyük müzakirələrə səbəb olmuşdu.
Sonradan idmançı açıqlamasında bu profilin ona məxsus olmadığını, belə foto paylaşmadığını və oğruların telefonundan şəkli götürüb paylaşması ilə əlaqələndirmişdi.
Kubalı legioner əyləncə adamıdır. Ölkəsində, eləcə də, Türkiyə və Azərbaycanda olan vaxt gününü “səmərəli” keçirənlərdəndir. Bizdə olan şəkillər onun gününü eyş-işrətdə, qızlarla keçirdiyini göstərir. Fotolardan da görünür ki, onun gününü xoş edən qızların bəziləri azərbaycanlılardır.
İdmançının Samiraldo ilə ağız-ağıza verib “Açıldı” deməsi ilə bağlı videosu, dodağı boyanmış halda şəkil çəkdirməsi isə bir ayrı söhbətin mövzusudur.
Ümid edirik ki, iki oğlan övladı olan boksçu və Azərbaycan Boks Federasiyası bu məsələyə aydınlıq gətirməyə çalışacaq. Çünki əlimizdə millimizin ukraynalı baş məşqçisi Leonid Loivskinin də belə şəkilləri mövcuddur.